Azərbaycan Gürcüstandan mal-qara idxalını 2,4 dəfə artırıb

Cari ilin ilk beş ayı ərzində Azərbaycan Gürcüstandan 5 mln. 865,5 min dollar dəyərində 2 751,6 ton diri iribuynuzlu mal-qara idxal edib.

APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinin hesabatına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə qonşu ölkədən mal-qaranın idxalı 2,4 dəfə artıb.

İdxal olunmuş mal-qaranın dəyəri ötən ilin analoji göstəricisi ilə müqayisədə 4 mln. 349,5 min dollar və ya 2,8 dəfə çoxdur.

Qeyd edək ki, ötən ilin ilk dörd ayı ərzində Azərbaycan Gürcüstandan 1 mln. 516 min dollar dəyərində 1 138,4 ton diri iribuynuzlu mal-qara idxal edib

635x100

Şərhlər

EWDER 2018-06-19 13:55:12

BELI QURDLAR MAFIYASI.AMMA ESAS INKIWAFDU.WIROKO WAQAET AZERBIJAN

t.ədalət 2018-06-19 13:55:12

Gürcüstan ərazisindən bizə gətirilən mal-qara,heç də Gürcüstandan deyil,ermənistandan idxal olunur.Çünki bu qədər mal-qaranın Gürcüstanda bəslənilməsi mümkün deyil.Azərbaycana gələn Gürcüstan vətəndaşları da deyirlər ki,mal-qara ermənistandan daşınır.Əlbəttə,ermənistanda yaşayan kürdlərin əli ilə gətirilir.İşğal olunmuş Azərbaycan ərazilərinə toplaşan kürdlər tərəfindən bəslənilir və bizə tərəf ötürülür.

Son yazılar