Türkiyənin “F-35” təyyarələrinin istehsalında iştirakına qadağa qoyulub

“ABŞ Senatının “F-35” təyyarələrinin istehsalı proqramında Türkiyənin iştirakının dayandırılmasına alternativsiz deyilik”.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Binəli Yıldırım iyunun 19-da ABŞ Senatının 2019-cu il üçün müzakirə edilən müdafiə büdcəsinə münasibət bildirərkən deyib.

“Hadisələr çox uğursuz inkişaf edir. Ancaq Türkiyə alternativsiz qalmayacaq. ABŞ Senatı tərəfindən qəbul edilən qərar təəssüf hissi yaratmaqla yanaşı, həm də strateji tərəfdaşlıqla ziddiyyət təşkil edir”, - deyə Binəli Yıldırım vurğulayıb.

Qeyd edək ki, Senatın qəbul etdiyi qərarda Türkiyəyə “F-35” qırıcılarının istehsalında iştirakına qadağa qoyulub. Senatın bu qərarının lehinə 85, əleyhinə 10 senator səs verib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar