"Zəhərlənə biləcəklərindən qorxublar " - İcra başçısı

İmişlinin icra başçısı: "Fəhlələr işləyən sahədə dərman preparatından istifadə olunmayıb"

İmişli rayon xəstəxanasının baş həkimi Cəsur Paşayevin APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, bu gün səhər saatlarında 35 nəfərə qədər şəxs xəstəxanaya müraciət edib: "Onların bir çoxu panik vəziyyətdə bizə müraciət ediblər, sadəcə, zəhərlənə biləcəklərindən qorxublar. Hazırda müraciət edənlərin əksəriyyəti evə yola salınıb. Hazırda palatalarda bir neçə xəstə var. Onların da heç birində ciddi zəhərlənmə əlaməti yoxdur".

İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev isə APA-ya deyib ki, o, hadisə ərazisində olub və daha sonra xəstəxanaya baş çəkib: "Mən hazırda xəstəxanadayam. Fəhlələr işləyən sahədə hər hansı dərman preparatından istifadə olunmayıb. Yaxınlıqdakı digər sahə dərmanlanıb, həmin sahəyə kimyəvi maddənin təsiri keçmədən heç kim buraxılmır, sadəcə, küləyin təsirindən bu sahədə işləyən bir neçə nəfər yüngül baş gicəllənmə və ürəkbulanma hiss edib, ona görə də fəhlələr dərhal xəstəxanaya gətiriliblər".

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, zəhərlənən şəxslər ürək bulanma və yüngül baş ağrısı şikayəti ilə rayon xəstəxanasına müraciət ediblər: "Hazırda həmin şəxslərdən götürülmüş analizlər Bakıya, Referans Klinik Laboratoriya Mərkəzinə göndərilib. Analiz nəticələrindən sonra bunun zəhərlənmə olub-olmadığı dəqiqləşdiriləcək".

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Hüseynov isə bildirib ki, nazirliyin mütəxəssisləri, şöbə və xidmət rəisləri əraziyə ezam olunub: " Araşdırma aparılacaq və nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”.

***

Azərbaycanın daha bir rayonunda pambıq tarlasında alaq vuran fəhlələr kütləvi zəhərlənib. İmişli rayonunda pambıq tarlasında işləyən onlarla fəhlə bu gün səhər saatlarında zəhərlənib. Onlar İmişli Mərkəzi Xəstəxanasına yerləşdirilib. Zəhərlənənlərin sayı dəqiqləşdirilir. Fəhlələrin bir neçəsinin vəziyyətinin ağır olduğu bildirilir.

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Bundan əvvəl Saatlı rayonunda onlarla qadın pambıq tarlasında işləyərkən alaq otlarına qarşı tətbiq edilmiş zəhərli kimyəvi pereparatın təsirinə məruz qalıb. Onların bir qismi hələ də xəstəxanadadır. Faktla bağlı cinayət işi qaldırılıb, prezident İlham Əliyev məsələni şəxsi nəzarətinə götürüb. Daha sonra Tərtər rayonuda pambıqçılıların kütləvi zəhərlənməsi baş verib.

635x100

Şərhlər

QULU 2018-06-19 15:03:36

VİLYAM-Vladimir İliç Leninin şərəfinə (V.İ,L.) qoyulub və uşaq və ələbəlik illərində Vilyam bu adla fəxr etməklə çox problemini həll edirdi.(məsələn smestrlərdə)Sonra bu bir qədər həddini aşdı deyə uşaqlar ona vilyamdan çox YAM-YAM deyirdi.Sən demə beləcə bu bugünkü kimi olmaq üçün YAM YAM olaraq yetişirmiş.....Ona görə də nə pox yesə də ondan vaz keçmir bizim İQTİDARIMIZ.

adil,/ 2018-06-19 15:03:36

"Zəhərlənə biləcəklərindən qorxublar" səni məsuliyyətdən qurtarırmı? Neft pulu vardı işləyib pul qazanmar lazım deyildi.Çünki işiniz bödcədən gələni talamaq idi.İndi işləmək lazım olanda kimi nazir qoysalar da xeyri yoxdu və hər addımda bir zibiliniz çıxacaq.Sənin kimi işbilməzi iqtidarımız nə qədər qoruyacaqsa bir o qədər belə və bundan betərisi ilə üzbəüz qalacaq.....

mmc 2018-06-19 15:03:36

Günah keçisi küləkdir...

EWDER 2018-06-19 15:03:36

ESAS INKIWAFDU...VILYAMDAN SORUWUN.WIROKO WAQAET AZEBIJAN.QORBAQOR BREWNEV DEMIWKEN

Kendli 2018-06-19 15:03:36

Cox heyif ki milletim ezab eziyyet icindedi. Tessuf edirem bu ishleri bacarmiyan memurlara kend teseruffatindan anlayishi olmayanlara hevale edilib..... Axi hansi olkede dunyanin hansi noqtesinde huquqshunas kend teserrufati naziri olur? Yaxshi insan yaxshi nazir demek deyil..... kend teseruffati olkenin milli iqtisadiyyatinin temelidir ay millet !!!!!!...

t.ədalət 2018-06-19 15:03:36

İcra başçıları o qədər yalan danışıblar ki,onların dediyinin doğru olacağına heç kim inanmır.Odur ki,belə məlumatları Fatmanisə arvadın adından vermək,daha inandırıcı olar.

məmmədqulu 2018-06-19 15:03:36

Marsiançiklər ora çiş edibər, ona görə camaat panikaya düşüb. Bu əsl "qara rəngli qatığın" qəzardılması prosesidir.

Son yazılar