Orduda daha bir güllələnmə hadisəsi

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Murovdağda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri Polad Malik oğlu Bayramlı əlindəki avtomat silahdan açılan atəş nəticəsində yaralanıb. Əsgər hospitala yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Faktla bağlı araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar