«2017-ci ildə 68 milyon insan qaçqın düşüb!» - BMT Ali komissarlığı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ötən 2017-ci ildə dünyada 68 milyondan artıq insan hərbi münaqişələr və təqiblər səbəbilə, öz evini tərk etməyə məcbur olub. Bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) qaçqınların işi üzrə Ali komissarlığının hesabatında söhbət açılır.

«Müharibələr, zorakılıq və təqiblər səbəbilə, ötən ildə dünya üzrə rekord sayda kişi, qadın və uşaq öz evini tərk etməyə məcbur olub» - deyə, hesabatda bildirilir.

Sənəddə göstərilir ki, bu sayın böyük hissəsi Suriyanın (6,3 milyon nəfər), Əfqanıstanın (2,6 milyon nəfər), Cənubi Sudanın (2,4 milyon nəfər), Myanmanın (1,2 milyon nəfər) və Somalinin (986 min nəfər) payına düşür.

Göründüyü kimi, bu siyahıda yer alanların əksəriyyəti müsəlmanlardan ibarətdir və böyük hesabla, Amerika Birləşmiş Ştatlarının (ABŞ) «xilafət xofu»ndan qaynaqlanan təcavüzkar sityasətinin əməli nəticəsidir. Bu siyasətin özü isə dünyanın sionist dairələri tərəfindən yönəldilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar