Dünya milyonçularının ümumi varidatı açıqlandı - 70 trilyon dollar

"AzPolitika.info" xarici KİV-ə istinadla bildirir ki, məşhur konsaltinq şirkəti olan "Capgemini" dünyadakı milyonçuların ümumi sayı və varidatı ilə bağlı yeni hesabat yayıb. Hesabatda qeyd olunur ki, dünyada dollar milyonçularının sayı ötən illə müqayisədə 10 faiz artıb və 18 milyon nəfəri keçib. Hər 4 milyonçudan üçünun Şimali Amerika və Asiya-Sakit Okean regionunda yaşadığı bildirilən hesabatda deyilir ki, dünya varlılarının kriptovalyutalara maraqları getdikcə artır və onların 29 faizi bu maliyyə alətindən istifadədə maraqlıdırlar.

Hesabata görə, dünyadakı milyonçuların ümumi varidatı 70 trilyon dolları ötür və 2025-ci ildə bu məbləğin 100 trilyon dollara çatacağı gözlənilir. Digər maraqlı məqam isə odur ki, milyonçular vəsaitlərinin 3/1-ni qiymətli kağızlarda, aksiyalarda saxlayırlar.

Onu da qeyd edək ki, bu tip hesabatlarda leqal formada qazanılmış milyonlardan və varidatını gizlətməyən milyonçulardan gedir...

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar