Türkmənistanda çoxarvadlılıq qanunla qadağan edildi - Ailə Məcəlləsinə əlavə ilə...

«AzPolitika.info»-nun Türkmənistan KİV-ə istinadla verdiyi xəbərə görə, bu ölkədə Ailə Məcəlləsinə əlavə edilən yeni norma çoxarvadlılığı qadağan edir. Bu barədə çərşənbə axşamı rusdilli «Neytral Türkmənistan» hökumət qəzeti yazıb.

Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov “Ailə məcəlləsi”nə əlavə və dəyişikliklərlə bağlı qanunu imzalayıb. Onun imzaladığı qanun layihəsinin mətni qəzetdə dərc olunub.

Qəbul olunmuş qanunda Məcəllənin 7-i maddəsinə «Türkmənistanda çoxarvadlılığa yol verilmir» norması əlavə edilir.

«Çoxarvadlılıq deyərkən, iki və ya daha çox qadınla eyni vaxtda birgə təsərrüfat yaratmaq başa düşülür» - deyə, əlavədə dəqiqləşdirilir.

Bu qanun 1 sentyabr 2018-ci il tarixdən qüvvəyə minəcək.

Cari ilin əvvəlində isə Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov televiziyada seks, zorakılıq və pis vərdişlərlə bağlı səhnələrin yayımlanmasını qadağan edən qanun imzalayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar