Maştağada yol polisini bıçaqladılar

BicaqMaştağa qəsəbəsində yol polisi bıçaqlanıb. Hadisə iyunun 14-də baş verib.Musavat.com xəbər verir ki, Dövlət Yol Polisi əməkdaşı Qəmbərov Babək Eyvaz oğlu Maştağada xidmət başında olan zaman bıçaqlanıb.

Yol polisi əməkdaşını bıçaqlayan şəxsin kimliyi barədə məlumat yoxdur.

Hadisəyə səbəb Babək Qəmbərovun xidmət başında olan zaman yol hərəkəti qaydasını pozan və adı məlum olmayan sürücünü saxlamaq istəməsi olub. Sürücü yol polisinin tələbinə əməl etməyib.

Qəzəbli sürücü əvvəlcə maşını ilə DYP avtomobilinə bir neçə dəfə vurub. Hər iki avtomobil dayanandan sonra isə sürücü Babək Qəmbərovun ayaq nahiyyəsibdən bıçaq zərbəsi endirib. Sürücü daha bir zərbəni isə yerə yıxılan polis əməkdaşının baş nahiyyəsindən vurub.

Ağır vəziyyətdə xəstəxanaya çatdırılan polis əməkdaşı hazırda reanimasiyadadır.

Polis əməkdaşını bıçaqlayan sürücünün saxlanıldığı bildirilir.

635x100

Şərhlər

millet 2018-06-19 18:11:27

men ekoloyi postun iki emekdasinin vezifeli sexse qanunsuz teleblerinden deqiq faktlarla nazire muraciet etdim tedbir gormediler .........

Vətəndaş 2018-06-19 18:11:27

Bəzən YOL polisləri də həddini aşırlar.Başlarından böyük danışır, mədəniyyətsizlik edir.Bunun səbəbi isə onlara artıq və lazımsız hüquqların verilməsi,məsuliyyətlərinin duymamaqları,yersiz müdafiə olunmaları və təsadüfi (polisə yaramayan )adamların qohumluq,rüşvət yolu ilə yol polisinə qəbul olunmalarındadır

Vekil 2018-06-19 18:11:27

Gorun YPX- nin emekdaslari insanlari ne hedde catdirirlar? Eslinde defelerle musahide etmisem YPX i olmayan yerlerde ve olkelerde bu qeder qanun pozulmur! Bu hengame axi neye kime lazimdir? Insanlar elimi isi atib yol qanunlarini oxumaqla mesqul olur hettda bu da ise yaramir!olmaz ki onlari tam yigisdirib radarlara ustunluk verilsin inan ki derhal yerine oturar insanlarimiz yolu rahatca surub geder

Son yazılar