Ermənilər Köçəryanla Sarkisyanı fəxri vətəndaşlıqdan çıxardılar

Ermənistanın "Aravot" nəşri yazır ki, ölkənin sabiq prezidentləri Robert Köçəryan və Serj Sarkisyan Gümrü şəhərinin fəxri vətəndaşı adından məhrum ediliblər.

Şəhərin Ağsaqqallar Şurasının üzvləri səsvermə yolu ilə ümumilikdə 4 nəfərin bu addan məhrum edilməsi məsələsinə baxıblar. Onların sırasında keçmiş prezidentlərlə yanaşı, Sarkisyanın qardaşı və təhlükəsizlik xidmətinin sabiq rəisinin də adı olub.

Gümrü erməniləri bu qərarlarını onunla əsaslandırıblar ki, sabiq prezidentlər sözlərinə əməl etməyiblər. Nəticədə ölkəni tərk edənlərin, işsizlərin və kasıbların sayı xeyli artıb.

Serj Sarkisyana bu şəhərin fəxri vətəndaşı adını 2006-cı ildə, hələ müdafiə naziri olanda veriblərmiş. Qərara görə, Sarkisyanın qardaşı Levon da bu addan məhrum edilib, təhlükəsizlik xidmətinin artıq dünyasını dəyişmiş sabiq rəisinə isə bu qərar tətbiq olunmayıb.

635x100

Şərhlər

QƏLƏBƏ BİZİMLƏDİR - İLHAMLA İRƏLİ 2018-06-19 19:28:40

ƏN ƏSAS ERMƏNİ-XAİES KƏŞFİYYATINI BAKIDA DARMADAĞIN ETMƏKDİR...

Son yazılar