Nazir zəhərlənən işçilərə baş çəkdi - FOTOLAR

Kənd təsərrufatı naziri İnam Kərimov İmişlinin Mərkəzi Rayon Xəstəxanasında (RMX) pambıq tarlasında zəhərlənən işçilərlə görüşüb.REAL-ın İmişliyə ezam olnmuş əməkdaşı xəbər verir ki, nazir onların müalicə şəraiti və səhhəti ilə maraqlanıb.

Qeyd edək ki, bu gün İmişli rayonunda pambıq tarlasında kütləvi zəhərlənmə hadisəsi baş verib. İmişli RMX-ya 50-yə yaxın zərərçəkən müraciət edib.

Kənd Təsərrufatı Nazirliyinin mütəxəssisləri araşdırmaların aparılması üçün hadisə rayonuna ezam olunub. Kənd təsərrufatı naziri İnam Kərimov da araşdırmalara rəhbərlik etmək üçün İmişliyə səfər edib

635x100

Şərhlər

Afiyəddin 2018-06-19 20:02:01

Bu adamların niyə zəhərləndiyini və kimin müqəssir olduğu niyə açıqlanmır?Axı Azərbaycanda kənd təsərrüfatında kimyəvi kübrələr,qatışıqlar 60-70 ildir istifadə olunur,amma belə hal baş verməyib.Yoxsa bu da qazanc həvəsinin yüksəkliyi və ixtisas məsələsidir? İnsan gərək özünə,şəxsinə hörmət etməyi bacarsın və anladığı işdən yapışsın.

Son yazılar