«İran öz raketlərinin uçuş məsafəsini artırmağı planlaşdırmır» - İnqilab Keşikçilərinin komandanı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) komandanı Mühəmməd Əli Cəffəri bəyan edib ki, İran öz raketlərinin uçuş məsafəsini artırmağı planlaşdırmır.

«Elmi planda, raketlərin uçuş məsafəsini artırmaq imkanlarımız var, ancaq indiki halda bizim siyasətimiz raketlərin uçuş məsafəsini artırmaqdan ibarət deyil. Nədən ki, 2000 kilometr məsafədə də rəqiblərin bir çox strateji hədəfləri yerləşir» - deyə, «Tasnim» agentdiyi Cəffəridən sitat gətirir.

2015-ci ildə İranın nüvə proqramı üzrə sazişə nail olunandan sonra, Tehran bir neçə dəfə - həm 2016-cı ildə, həm də 2017-ci ildə ballistik raketlərinin sınaqlarını keçirib, 2017-ci ilin sentyabrında isə hərbi parad zamanı «Xürrəmşəhr» adlı yeni ballistik raketini nümayiş etdirib. Bu raketlərin uçuş məsafəsi 2 min kilometrdir.

Qərb ölkələri ballistik raketlərin işlənib hazırlanması da daxil, İranın raket proqramını dəfələrlə tənqid atəşinə tutublar. Amma Tehran hər dəfə qeyd edib ki, İslam Respublikasının raket proqramının inkişafı özünümüdafiə məqsədilə həyata keçirilir və digər dövlətlərə qarşı yönəlməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar