İsraildə eks-nazir həbs olunub! - İrana casusluq etdiyinə görə...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin eks-energetika naziri və eks-deputatı Qonen Segev İrana məxfi informasiyalar ötürməkdə ittiham olunub. O, nəzarət altına alınıb.

Güc strukturları qeyd edirlər ki, eks-nazir «hərbi vəziyyət dövründə düşmənə kömək göstərib». Bu barədə «The Times of Israel» nəşri yazıb.

2005-ci ildə Segevi Avropadan narkotik daşımaq üstündə mühakimə ediblər. İki ildən sonra o, vaxtından əvvəl azadlığa buraxılıb.

İndi saxlanılan Segev son illər Nigeriyada yaşayıb və orada İran səfirliyinin əməkdaşları ilə görüşüb. «2018-ci ilin mayında o, Ekvatorial Qvineyaya geçmək istəyib, ancaq kriminal keçmişinə görə, hakimiyyət onu ölkəyə buraxmayıb və İsrailə ekstradisiya edib» - deyə, KİV-lər müəyyən ediblər.

Segevin işi üzrə məhkəmənin keçiriləcəyi tarix hələlik məlum deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar