«İtmiş» kişi öz dəfninə gəlib! - Paraqvayda...

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Paraqvayda «bir neçə gün yoxa çıxmış» kişi öz evinə qayıdıb və... özünün dəfn mərasiminə «düşüb». Bu barədə «The Mirror» qəzeti yazıb.

İyirmi yaşlı Xuan Penayo bir neçə günlük yoxa çıxıb. Bundan sonra, yerli polis ərazidə yandırılmış bədənin qalıqlarını aşkarlayıb. Ailə üzvləri yanmış insan qalıqlarını Penayo sanıblar.

Qəzet yazır ki, Penayonun yaşadığı rayonun Braziliya ilə sərhədində nəzarətin zəif olması səbəbindən, ərazidə cinayətkarlıq «çiçəklənib». Ona görə də zorakılıqla ölüm halları insanlarda təəccüb doğurmur. Belədə, Penayonun «yandırılması» qohumlarına qeyri-adi görünməyib.

Polis yanmış cəsədi Penayonun ailəsinə verib, onlar da Penayoya dəfn mərasimi təşkil ediblər. Ancaq «ölü» dəfn mərasiminin ən qızğın çağında evinə qayıdıb - yaxınlarını həm qorxudub, həm də sevindirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar