DÇ-2018: Rusiya millisi Misiri məğlub edib

Dərc olunub: 20/06/2018 - 00:27

6384da6f-4774-4b4e-a643-7e870f32d7ec_292Futbol üzrə dünya çempionatında II tura start verilib.

“Report”un məlumatına görə, turun ilk oyununda Rusiya və Misir yığmaları üz-üzə gəlib.

“Report” xəbər verir ki, Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçirilmiş qarşılaşma təşkilatçı ölkə millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolların hamısı ikinci hissədə vurulub. 47-ci dəqiqədə misirli Ahmed Fəthi topu öz qapısına göndərib. 59-cu dəqiqədə Denis Çerışev fərqi artırıb. O, həm də ilk 2 matçda 3-cü qoluna imza atıb. Rusiyanın son qolunu isə 62-ci dəqiqədə Artyom Dzyuba vurub. Bu həm də Dzyubanın mundialda ikinci topu olub.

Misir yığması təsəlli qolunu isə 73-cü dəqiqədə penaltidən vurub. VAR sisteminə müraciət olunduqdan sonra təyin olunmuş 11 metrlik cərimə zərbəsini zədəsini sağaldan Məhəmməd Salah dəqiq yerinə yetirib.

Bu qələbə sayəsində Rusiya yığması 1/8 finala vəsiqəni böyük ölçüdə təmin edib. İyunun 20-də keçiriləcək A qrupunun digər görüşündə Uruqvay Səudiyyə Ərəbistanına böyük hesabla uduzmasa, təşkilatçı ölkə millisi növbəti mərhələyə yüksələn ilk komanda olacaq. İlk turda Uruqvaya 0:1 hesabı ilə uduzan Misir isə xalsızdır və 1/8 finala çıxmaq üçün ilk növbədə, Səudiyyə Ərəbistanının Uruqvayı udmasına ümid etməlidir. Bu isə demək olar ki, mümkünsüzdür.

DÇ-2018, A qrupu, II tur

22:00. Rusiya – Misir – 3:1

Qollar: Ahmed Fəthi, 47 (avtoqol). Denis Çerışev, 59. Artyom Dzyuba, 62 – Məhəmməd Salah, 73 (pen.)

Hakimlər: Enrike Kaseres, Eduardo Kardozo, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, “Sankt-Peterburq Arena”


loading...




Fikrinizi bildirin