Bakıda çoxmərtəbəli bina tikintisinin qarşısı alındı

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Bakı şəhərinin 4-cü mikrorayon sakinləri tərəfindən yaşadıqları binanın həyətində 16 mərtəbəli binanın qeyri-qanuni tikintisinin başlanması ilə bağlı müraciət daxil olub.

Komitədən verilən məlumata görə, mütəxəssislər tərəfindən əraziyə baxış keçirilərək müəyyənləşdirilib ki, Bakı şəhəri, Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2, 3A, 4 və 5A nömrəli 5 mərtəbəli yaşayış binalarının əhatə etdiyi ərazidə “Komfort Plaza” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 16 mərtəbəli yaşayış binasının tikintisinə hazırlıq işlərinə başlanıb.

Aparılmış araşdırma nəticəsində məlum olub ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən ünvanda yaşayış binasının layihələndirilməsi üçün 0,08 hektar torpaq sahəsi ayrılsa da, tikintiyə icazə proseduru başa çatdırılmayıb və tikintiyə icazə verilməyib. Bununla yanaşı, “Komfort Plaza” MMC-nin əməkdaşları tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mütəxəssislərinə yerində təqdim olunmuş ərazi planlaşdırma sənədlərinin Azərbaycan Respublikasının müvafiq şəhərsalma qanunvericiliyinə zidd tərtib olunduğu müəyyənləşdirilib. Belə ki, ərazidə yerləşdirilməsi nəzərdə tutulan 16 mərtəbəli yaşayış binası miqyasına görə mövcud 5 mərtəbəli yaşayış binalarına uyğun deyil, habelə binada mənzillərin sayına uyğun avtomobillərin parklanma yerlərinin, ərazidə uşaq oyunları, yaşlıların istirahəti üçün meydançaların, təsərrüfat məqsədli sahələrin nəzərdə tutulması ilə bağlı və digər tələblərə riayət olunmayıb.

Azərbaycan Prezidentinin 24 noyabr 2014-cü il tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçrilməsi Qaydaları”nın 5.1.2-ci bəndini rəhbər tutaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən Nəsimi rayonu, 3231-ci məhəllə, Hüseyn Seyidzadə küçəsində yerləşən 2 nömrəli binanın qarşısında çoxmənzilli yaşayış binasının tikintisinə icazə verilməsindən imtina edilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə icrası məcburi olan “göstəriş” göndərilib. Eyni zamanda, həmin ünvanda tikinti məqsədləri üçün aparılan hazırlıq işlərinin dayandırılmasını təmin etmək məqsədilə məsələ ilə bağlı məlumat Bakı şəhər İcra Hakimiyyəti ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə də göndərilib.

635x100

Şərhlər

4;-cü m-rn sakini 2018-06-20 09:50:21

Həmin tikilməkdə olan binanın qonşulu]unda bu yax;nlrda daha bir sahədə 45-50 illik ağaclar qırılaraq daha bir sahə əhatəyə alınaraq qazınti işlərinə başlanılıb.İşlər əsasən axşamlar görülür.Sanki şəhərdə dövlət nəzarəti yoxdur.Kim nə istəyir, Bakı İH-nə puunu verib kağızını alır.Bəs buartır. ərazi keçilməz olur.Bəs bu şəhərin sabahını kim düşünməlidir.Yaşıllıqlar məhv edilir,binalar bir-birinə söykənir,yaşam şəraiti tükənir,sıxlıq artır,yollar keçilməz olur.

vətəndaş 2018-06-20 09:50:21

Nə vaxtsa Hacıbala Abutalıbovla Nərminə İsaqova və Akif Abdullayev Bakı şəhərini bu kökə saldıqlarına görə cinayyət məsuliyyətinə cəlb ediləcəklər. Heç bi cinayyət cəzasız qalmır! Sadəcə zaman lazımdır. Zaman hər bir şeyi yerinə qoyacaq.

Son yazılar