ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk edib

ABŞ BMT-nin İnsan Hüquqları Şurasını tərk etməyə qərar verib. APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.

“ABŞ rəsmi olaraq BMT İHŞ-i tərk edir”, - deyə N.Heyli Dövlət Departamentinin mətbuat konfransında bildirib.

ABŞ dövlət katibi Mayk Pompeo isə BMT İHŞ-in ölkənin milli maraqlarını pozduğunu vurğulayıb: “N.Heyli isə artıq bir ildən çoxdur ki bu təşkilatda islahatlar həyata keçirməyə çalışır”.

“Əgər təşkilat bizim və müttəfiqlərimizin milli maraqlarını pozursa, biz onun üzvü olmaqdan imtina edirik”, - deyə Pompeo qeyd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar