Con Kerri təcili İsrailə gedib

ABŞ-ın dövlət katibi Con Kerri İsrailə gedib. Lent.az-ın Associated Press agentliyinə istinadən məlumatına görə, ABŞ Federal Aviasiya Administrasiyası İsrailə uçuşları qadağan etsə də, dövlət katibi Amerikanın Hərbi Hava Qüvvələrinin təyyarəsi ilə Təl-Əvivə uçub. C.Kerri Təl-Əvivdə İsrailin baş naziri Benyamin Netanyahu, Fələstinin lideri Mahmud Abbas və BMT-nin baş katibi Pan K -Mun ilə danışıqlar aparacaq.

Bildirilir ki, son 24 saat ərzində ABŞ və Avropanın aviasiya şirkətləri bu uçuşun təhlükəsizliyini təmin etmək üçün Təl-Əvivə bütün uçuşları dayandırıblar. Buna səbəb isə iyunun 22-də Ben-Qurion hava limanının 14 kilometrliyindəki evə raket düşməsi olub.

Qeyd edək ki, ABŞ dövlət katibi bir qədər əvvəl Qahirədə Misirin prezidenti Abdelem-Fəttah al-Sisi ilə görüşüb. Görüşdə C.Kerri ərəb ölkələrinin liderləri ilə Qəzzadakı hərbi əməliyyatların dayandırılması şərtləri müzakirə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar