REKTORUN SƏFİR OĞLU ÇAXIR ALVERİLƏ MƏŞĞULDUR - “Şərablar diplomatik möhür altında gətirilir"

Bakıda fəaliyyət göstərən “Mona Liza”, “Monte Kristo” kimi restoran-şadlıq evlərindəki qiymətlərdən əksəriyyət xəbərdardır. Bu restoranlarda bir nəfər üçün yerin qiyməti 100 manata yaxındır. Qiymətlərin bahalığını isə həm də orada verilən spirtli işkilərin, şərabların baha və təmiz olmasıyla əlaqələndirilər.

Məlumatlı mənbənin sözlərinə görə, bu restoranlara şərablar birbaşa İspaniyadan gətirilir. Kimin və necə gətirməsi barədə məlumat verən mənbənin sözlərinə görə, bu işdə Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun xüsusi xidmətləri var: “Həmin restoranlar BDU-nun rektoru Abel Məhərrəmovundur. İspaniyadakı səfir də onun oğludur. Yəni, o restoranlar onların ailə biznesidir. Anar Məhərrəmov da bu biznesə öz töhfəsini verir – İspaniyadan çaxır göndərir. Beləcə, həm onların obyektində təmiz ispan şərabı olur, həm də onlara çox ucuz başa gəlir”.

O da bəlli olub ki, elə şərab göndərilməsi ilə əlaqədar bir müddət əvvəl Anar Məhərrəmovun Azərbaycan gömrükçüləri ilə problemi yaşanıb. Bundan sonra göndərişlər üçün yaxın adamlarından istifadə olunub.

“Şərablar diplomatik möhür altında gətirilir. Bir müddət əvvəl onun yaxın adamlarından biri İspaniyadan Bakıya xeyli sayda şərab gətirəndə yolda butılkaların bir neçəsi sınıb. Onları da səfirin işçilərindən biri qablaşdırıbmış. O hadisədən az sonra başqa bir məsələni bəhanə gətirərək, həmin işçini çıxarıb”, – başqa bir mənbə bildirib.

Qablaşdırmada “xətaya” yol vermiş işçinin, həmçinin səfirin həmin vaxt şərabları gətirən yaxınının kim olması da məlumdur. Bu və başqa məsələlərlə bağlı dəqiqləşmələrdən sonra səfirin ailə biznesinə şərab töhfəsi barədə detallı bilgiləri çatdıracağıq.

Bir müddət öncə Azərbaycanın Avstraliyadakı səfirliyindəki tütün biznesi çoxlarının yadındadır. Səfir öz statusundan istifadə edərək, güzəştli qiymətlərlə tütün məhsulları alır, sonra da onların satışı həyata keçirilirmiş.(İstiqlal.az)

XİN rektorun oğlunun fəaliyyətini araşdırır

"AzPolitika.info" xatırladır ki, bu yaxınlarda mətbuatda Xarici İşlər Nazirliyinin Azərbaycanın İspaniyadakı səfirliyi ilə bağlı araşdırmalara başladığı xbəri də yayılmışdı. Səbəb isə İspaniyadan nazirlik də daxil, Prezident Administrasiyası və parlament rəhbərliyinə göndərilmiş məktublardır. Məlumata görə, İspaniya–Azərbaycan Ticarət və Mədəniyyət Assosiasiyasının prezidenti Fərid Mustafayev Azərbaycan hökumətinə səfir Anar Məhərrəmovun Dağlıq Qarabağ məsələsində davranışları, bu mövzuda müzakirələri qadağan etməsindən şikayətlənib.

“Məktub parlament və Prezident Administrasiyasında müəyyən şəxslərə çatandan sonra Xarici İşlər Nazirliyinə araşdırma aparmaq tapşırılıb”, – mənbə bildirir.

XİN-ə göndərilmiş məktubun surəti də mətbuata təqdim olunub. F.Mustafayev yazıb ki, aprelin 27-də İspaniyanın San-Sebastyan şəhərinin yeni seçilmiş meri ilə görüşündə Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərin bu şəhərdə təşkili məsələsini müzakirə edib, Dağlıq Qarabağ problemindən danışıb: “Keçmiş merin qondarma Dağlıq Qarabağ Respublikasının prezidentini qəbul etdiyini nəzərə alıb, yeni seçilmiş merə bunun azərbaycanlılar üçün qəbuledilməz olduğunu xatırlatmışam. Bu görüşün Azərbaycan mətbuatında işıqlandırılması üçün press-reliz hazırlayıb, video-foto materiallarla bərabər ölkəmizin mətbuatına göndərdik. Bizi təəccübləndirən və məyus edən bütün məsələlər bundan sonra baş verdi. Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov bütün əlaqələrini işə salıb, həmin məlumatın saytlardan silinməsinə nail oldu. Səfirliyimizin əməkdaşları mənə telefon vasitəsilə bildirdilər ki, Dağlıq Qarabağ haqqında danışmağa ixtiyarım yoxdur! İmkan olan hər bir platformada Qarabağ həqiqətlərinin çatdırılması, Azərbaycanın haqq səsinin duyurulmasını qadağan etməyin nə qədər absurd olduğunu qeyd etməyimə heç ehtiyac da yoxdur”.

Səfir Qarabağla bağlı görüşdən imtina edib

İspaniyada Navarra vilayətinin parlamentində bir neçə il öncə qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyan akt qəbul edilmişdi. F.Mustafayev məktubunda yazıb ki, bu səhvi aradan qaldırmaq məqsədilə bütün lobbiçilik fəaliyyətini həyata keçirib, Azərbaycan səfirinin vilayətin prezidenti, xanım Uşue Barkosla görüşünü razılaşdırıb. Lakin səfir Anar Məhərrəmov bu görüşdən imtina edib.

F.Mustafayev Azərbaycan hökumətindən səfir A.Məhərrəmovun fəaliyyətinin araşdırılmasını xahiş edib və araşdırmalar başa çatana qədər diaspor fəaliyyətini dondurduğunu yazıb: “Son addımı rəhbərlik etdiyim təşkilata və şəxsən özümə qarşı təhqir hesab edirəm. Bu, haqsızlıqdır, vəzifədən sui-istifadədir, mətbuata təzyiqdir, diplomatik fəaliyyətlə bir araya sığa bilməz. Bu məsələyə aydınlıq gətiriləndək mən bütün diaspor fəaliyyətimi dondururmaq məcburiyyətindəyəm.

Mən bir azərbaycanlı kimi həmişə öz dövlətimin, prezidentimin yanındayam. İnanıram ki, bu məsələyə aydınlıq gətiriləcək və Azərbaycan naminə ümumi fəaliyyətimiz zamanı biri-birimizə mane olmaq əvəzinə, dəstək göstərməyin vacibliyi amili bütün digər merkantil maraqlar üzərində qələbə çalacaq”.

 

 

635x100

Şərhlər

Qubad 2018-06-20 10:56:35

Azərbaycanin xaricdəki nümayəndeliklərində "cirkli pullar"in yuyulmasi ile bagli verilən şərhlərdə həqiqət payi vardir. Deyilənlərə görə, belə bir "biznes"lə Azerbaycanin almandilli ölkələrdəki səfirlikləri(Almaniya, Avstriya, Isvecrə) daha intensiv şəkildə məshgul olurlar. Bu işlərlə ən yüksək ranqli diplomatlarin da məşgul oldugu bəllidir, hətta kimlərin pullarinin hansi yollarla yuyuldugu da...

miri 2018-06-20 10:56:35

Məmləkətdə İspan caxirlarinin əsas satışını bu rektor oğlu həyata keçirdiyi nəzərə alib ,onu İspaniya səfir təyin olunmasi yeniazərbaycan siyasətinə uygundur.Yəqinki, həm öz işini "fırladır", həmdə "siyasi biznesmen"lərə səssiz-kuysuz gəlir gətirir.

Ələsgər 2018-06-20 10:56:35

Diplomatik nümqyəndəliklərin əksəriyyətində çox böyük özbaşınalıqlar olur, səfirlər əməkdaşlarla özlərinin şəxsi əşyaları kimi davranırlar, onları təhqir edirlər, hüquqlarını pozurlar. Bütün bunlardan sonra hələ bir peşəkarlıq və vətənə sədaqətlə qulluq da tələb olunur. Etiraz edənləri isə şərləyərək işdən uzaqlaşdırırırlar.

Veliyev 2018-06-20 10:56:35

Oxuyan kimi aydın olur ki bu sifarişli yazıdır, çünki Anar məhərrəmov həqiqətəndə sadə bir insandır onun adı heç vaxt heç bir qalmaqalda seslenmiyib, indi bu yazını yazmaq nəyə lazımdır?

Yaqub 2018-06-20 10:56:35

Bilirsinizmi, Azerbaycanin xaricdəki nümayəndəlikləri, xüsusi ilə Qərbi Avropadakı nümayəndəliklərimiz həm də çirkli pullar"ın yuyulduğu məkan sayılır. əgər araşdırsanız, çox maraqlı faktların üstü açıla bilər. Necə deyərlər, yeraltı çaylar okeanlara axır.

ayzek 2018-06-20 10:56:35

---------.

nazim 2018-06-20 10:56:35

VƏZİFƏ ANCAQ PUL ANCAQ TALANNÇI MƏMURLAR VƏ UŞAQLARI ÜÇÜNDÜR. MÜHARİBƏ VƏTƏNİ QORUMAQ İSƏ KASIBLAR VƏ UŞAQLARI ÜÇÜN

Müəllim 2018-06-20 10:56:35

Be lə rəy fomalaşıb ki, BDU-nu Abel-ə hədiyyə ediblər.Bir universitetdə rektor neçə il rektor olar? Axı BDU-da təhsil səviyyəsi ölüb,rüşvət artıb.Hələ pullu təhsildən yığılan pulların, rüşvətlərin hara getdiyi olduqca şübhəli olduğu da nəzərə alınsa bu iəhsil müəssisəsinin hədiyyə olunduğu daha dolğun təsdiqini tapar.Ancaq nədənsə bu Ali məktəbdə baş verənlər diqqətdən kənar saxlanılır.

Vetenperver 2018-06-20 10:56:35

Axı nə vaxta qədər bunlar bu millətin qanını içəcəklər!!! ...

sevda agakiwiyeva 2018-06-20 10:56:35

mawallaxxx dedenin sifetinden rektorluq=ogulunda boy-buxunundan sefirlik yagir ...

Hafiz 2018-06-20 10:56:35

Valideyinlik tərbiyyəsi: vətənini, torpağını uşaqlarına sevdirmək hamımızın borcudur. O ki, qaldı müstəqil dövlətimizdə yüksək vəzifə tutanlara, onu "uşaq"larına öyrədə bilməyiblərsə, özləri vəzifədən uzaqlaşdırılmalıdırlar. Qoy getsinlər "uşaq"ları ilə birlikdə şərab alveri etsinlər. Artıq onlara sözüm yoxdur... .

Vetendash 2018-06-20 10:56:35

Bunun heyat yoldasinin emisi Yaqub Eyubovdu bash nazirin muavini. Tek shadliq sarayla ish bitmire Praqda karlovaride turkiyede oteller, usaq baxcasi, restoranlar daha daha Neler. Hesablama palatasinda ve edliye nazirliyinde bash da oturan emilleri. Kim bunlara ne edecek

Togrul 2018-06-20 10:56:35

Mən özüm İspaniyada təhsil almışam və deyə bilərəm ki səfirliyimiz çox yüksək səviyyədə fəaliyyət göstərir.Tez-tez mədəni tarixi tədbirlər keçirilir, Dağlığ Qarabağın tarixi Azərbaycan torpağı olması və ermənilərin törətdiyi vəhşiliklər barədə ictimayyətə məlumatlar verilir.

EWDER 2018-06-20 10:56:35

BU BOYDA AZERBAYCANDA ADAM TAPMADUZ,O NEYE OXWAYIR,ONDAN SEFIR OLARSA,ONDA MEN ISPAN TEYYERECISIYEM.ESAS INKIWAFDU...BU LILIPUTLA INKIWAF ETMEK OLMAZ.IBIRAT NA ...EWDER CANI

vəkil 2018-06-20 10:56:35

bunlarin ayaglari dəyən yerdə ot bitmir! harada bu barama qurdlari varsa orani viruslayirlar

Son yazılar