OPEC-in iclası İransız keçəcək

"İran OPEC+ ölkələrinin görüşündə iştirak etməkdən imtina edib".

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bican Namdar Zənqane bildirib.

O bəyan edib ki, İran OPEC+ ölkələrinin iyunun 23-də keçiriləcək görüşündə iştirak etməyəcək: "Sözügedən görüş zamanı razılıq əldə ediləcəyinə inanmıram. OPEC ABŞ Prezidenti Donald Trampın təlimatlarını həyata keçirən təşkilat deyil".

Xatırladaq ki, görüşdə OPEC ölkələri neft hasilatının həcminin artırılması ilə bağlı məsələni müzakirəyə çıxaracaqlar. ABŞ isə bazarda "qara qızıl"ın qiymətinin azaldılması üçün tədbirlər görülməsini dəstəkləyir.

Bundan başqa, Rusiyanın eregetika naziri Aleksand Novak neft hasilatının həcminin sutkada 1,5 mln. barrelə qədər artırılmasını təklif edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar