ABŞ  bu qurumdan imtina etdi, Rusiya aktivləşdi

publika.az1450075127BMT-logo-1Rusiya BMT-nin İnsan Haqları Şurasının tərkibinin müəyyənləşdirilməsiylə bağlı keçirilən seçkiyə namizədliyini irəli sürüb.Axar.az xəbər verir ki, bu nu jurnalistlərə açıqlamasında Rusiyanın BMT-dəki Daimi Nümayəndəliyinin mətbuat katibi Fyodor Strjijovski deyib.

“BMT-nin bu orqanı digər qurumlar kimi bir dövlətə yox, bütün üzv dövlətlərə xidmət üçün nəzərdə tutulub. Təəssüf ki, Vaşinqtondan olan həmkarlarımız bunu anlamırlar. Biz İnsan Haqları Şurasında fəaliyyətimizi davam etdirəcəyik, buna görə də şuranın tərkibinin müəyyənləşdirilməsi üçün keçiriləcək seçkiyə namizədliyimizi irəli sürürük”, – deyə o bildirib.

Qeyd edək ki, İnsan Haqları Şurasında 47 ölkə təmsil olunub.

Bundan öncə ABŞ mətbuatı Vaşinqtonun bu şuradan çıxacağını bəyan edib. Mətbuat bu barədə rəsmi açıqlamanı ABŞ Prezidenti Donald Trampın yaxın zamanlarda yayacağını vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar