Təsbeh fırladıb, lahmacun istəyən polis də tutuldu - Video

Türkiyədə dünən səhər saatlarından etibarən başlayan əməliyyatlarda həbs edilən polislər arasında yüksək rütbəlilər də var.

Virtualaz.org saytı xəbər verir ki, saxlanılanlar arasında nazir oğlunun evində axtarış aparan və qəribə görüntüləri ilə yadda qalan şöbə rəisi Rəcəb Can da var.

Rəcəb Can ötən il, dekabr ayının 17-də həyata keçirilən rüşvət və korrupsiya əməliyyatlarında Ətraf mühit və şəhərsalma naziri Ərdoğan Bayraktarın və oğullarının ofisində axtarış apararkən gizli kameralar tərəfindən lentə alınmışdı.

Şöbə rəisi əməliyyat zamanı təsbeh fırladaraq lahmacun sifariş vermişdi. İndi həmin şöbə rəisi “cinayət törətmək məqsədiylə təşkilat qurmaq, qeyri-qanuni dinləmə, rəsmi sənəddə saxtakarlıq, cəsusluq, dövlətin təhlükəsizliyinə bağlı məlumatları əldə etmə” kimi ittihamları ilə həbs edilib.

Ötən ilin dekabrənda lentə alınan görüntüləri təqdim edirik:

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar