Türkiyədə 3,5 milyon Suriyalı qaçqın var - 30 milyard dollar xərclənib

"Yüzminlərlə suriyalı qaçqın Türkiyədə kiçik sahibkarlıqla məşğul olur"

“Report” xəbər verir­­ ki, bunu Türkiyənin Baş Ombudsmanı Şefer Malkoç "Hüquq bərabərliyinin­ təmin olunmasında və­ təşviqində milli ins­an hüquqları təsisatl­arının rolu" mövz­usu­nda Ombudsmanların­ X­V Bakı Beynəlxalq ­Ko­nfransında deyib.

O bildirib ki, qaçqınların 8 faizi kamplarda, digər hissəsi isə xalqın arasında yaşayır: "Türkiyə Suriyalı qaçqınlara qapı açmasa idi Avropa fəlakətə məruz qalardı. Çünki Avropa bu qədər köçkünü qəbul edə bilməzdi".

Ş.Malkoç qeyd edib ki, hazırda 700 min Suriyalı qaçqın uşaq Türkiyə məktəblərində təhsil alır: "Türkiyə bu günədək Suriyalı qaçqın və məcburi köçkünlərə 30 milyard dollardan çox pul xərcləyib.

Hazırda yüzminlərlə suriyalı qaçqın Türkiyədə kiçik sahibkarlıqla məşğul olur".

635x100

Şərhlər

azər 2018-06-20 12:41:41

onların hamısını Avropaya yox, Rusiyaya göndərmək gərək idi, çünkü bu münaqişədə ən aktiv tərəf də odur, qaçqın-qovqun yerləşdirmək üçün ən böyük ərazi və imkanları olan da odur..onların qəbulu üzrə ikinci yerdə Səudiyyə, üçüncüdə İran olmalı idi hər baxımdan..Türkiyə bunlardan sonra gəlməli idi sırada..

Son yazılar