NAZİR XİDMƏT RƏİSİNİ İSTEFAYA GÖNDƏRDİ! - Pambıqçıların zəhərlənməsinə görə...

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev işdən çıxarılıb. Onun yerinə Ələddin Eyvazov təyin olunub.

Qeyd edək ki, Ə. Eyvazov bu il mayın 14-də nazirin müvafiq əmri ilə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin direktoru təyin olunmuşdu. O, həmçinin uzun illər Dövlət Fitosanitar Nəzarət Xidmətində rəis müavini vəzifəsində də çalışıb.

Əldə etdiyimiz məlumata görə, C. Quliyev dünən İmişli rayonunda pambıq tarlasında işləyən 50-yə yaxın fəhlənin zəhərlənməsi faktına görə işdən çıxarılıb.

Unikal.org-a açıqlama verən Camal Quliyev zəhərlənən pambıçılara görə işdən çıxarılması ilə bağlı yayılan xəbərə münasibət bildirib: “Mən zəhərlənən pambıqçılara görə işdən çıxarılmamışam. Başqa işə keçəcəyim üçün öz ərizəmlə tutduğum vəzifədən ayrıldım. Çalışacağım sahə kənd təsərrüfatı ilə bağlı olmayacaq. Yeni fəaliyyət göstərəcəyim sahə də dövlət qurumlarından biri olacaq. Bu barədə yaxın günlərdə məlumat verəcəm”.

635x100

Şərhlər

EWDER 2018-06-20 13:29:52

bu dermen ki ,var ha,giydirme olandan sonra kim gelir ,gelsin ESAS INKIWAFDU....yavawdamaq olmaz

elcin-jurnalist 2018-06-20 13:29:52

bu xidmetde bir pesekar xidmet reisi olub-Mehemmedeli Dunyamaliyev. Onu da yasa gore cixartdilar. Mehemmedeli muellim hem insan kimi- hem de kend teserrufati iscisi kimi leyerli kadr idi. Men vaxtile orada islemisem ve kollektivin Mehemedeli muellime hormet ve sayqisini gormusem. Indi ki reis de isini bilen kadrdir. Ona da uqurlar arzulayiram. kecmis reis ise ozunden razi-bir qeder de yekexananin biri idi.

Son yazılar