UEFA Ukrayna klubuna öz meydanında oynamağa icazə vermədi

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin “Dnepr” – “Kopenhagen” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi, Dnepropetrovskda deyil, Ukraynanın başqa bir şəhərində keçiriləcək. Qol.Az-ın Ukrayna mətbuatına istinadən yaydığı xəbərə görə, bu haqda UEFA qərar verib.

Qərara əsasən, iyunun 30-da keçiriləcək bu matç ya Kiyev, ya da Lvov şəhərində oynanılmalıdır.

Qeyd edək ki, Danirmarka klubu UEFA-ya müraciət edərək oyunun başqa şəhərdə keçirilməsini xahiş edib. Onlar bildiriblər ki, bu yaxınlarda Donetskdə Malayziya hava yollarına məxsus sərnişin təyyarəsinin vurulmasından sonra heç bir aviaşirkət Ukraynaya çarter reysi həyata keçirmək istəmir. Bundan başqa, Danirmarkadan Dnepropetrovska birbaşa təyyarə reysi yoxdur.

Bunları nəzərə alan UEFA görüşün Ukraynanın başqa şəhərində keçirilməsini qərara alıb. Matçın Kiyev, yoxsa Lvovda oynanılacağı hələ müəyyənləşməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar