Qəzzadakı hadisələri hərbi cinayət kimi qiymətləndirmək olar - BMT

BMT-nin İnsan hüquqları üzrə Ali komissarı Navanethem Pilley Qəzza sektorunda baş verən silahlı münaqişənin bütün tərəflərini mülki şəxslərlə hərbi əməliyyat iştirakçıları arasında fərqi dəqiq təyin etməyə çağırıb.

SalamNews-un İTAR-TASS-a istinadla verdiyi xəbərə görə, o, BMT İnsan hüquqları üzrə Şurasının Şəqri Qüds daxil olmaqla işğal edilən Fələstin ərazilərindəki vəziyyətə həsr edilən xüsusi sessiyasının açılışı zamanı bildirib ki, uşaqların, mülki şəxslərin yaşamaq hüququna hörmətə əsas diqqət yetirilməlidir. Bu prinsiplərin gözlənilməməsi hərbi cinayət və insanlığa qarşı cinayət kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, İsrail ordusunun iyulun 8-də Qəzza sektorunda HƏMAS hərəkatı üzvlərinə qarşı "müdafiə səddi" əməliyyatına başladığı andan bəri 147 uşaq və 74 qadın daxil olmaqla 600 fələstinli öldürülüb. O, diqqəti ölənlərin 74 faizinin mülki şəxs olmasına yönəldib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar