Universitet müəllimlərinin dələduzluq işi məhkəmədə

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Dövlət Sərhəd Xidmətindən daxil olmuş material üzrə başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Mehman Məmmədovun Azərbaycan Müəllimlər İnstitutunun Quba filialının direktor müavini Nurbala Süleymanov ilə əlbir olub aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi müəyyən edilib.

Məlum olub ki, M.Məmmədov özgənin əmlakını ələ keçirmək məqsədilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkil etdiyi qəbul imtahanlarında müvəffəqiyyət həddini keçə bilməyən Siyəzən rayon sakinindən 7 min 300 manat alaraq hazırladığı saxta rəsmi sənədlər əsasında onun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına köçürülməsinə nail olmasında və onun guya həmin Akademiyanı bitirməsini təsdiq edən saxta diplomun surətini Dövlət Sərhəd Xidmətinə təqdim etməsində, habelə Milli Elmlər Akademiyasının kiçik elmi işçisi Lütvü Əliyevlə qabaqcadan əlbir olub Abşeron rayon sakininə daxil olduğu Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsindən stomatologiya fakültəsinə köçürülməsinə köməklik göstərəcəyini yalandan vəd edərək ondan 10 min manat məbləğində pulu alıb.

Zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmasında şübhələr üçün əsaslar olduğundan M.Məmmədov və N.Süleymanova Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etmə), L.Əliyevə isə həmin məcəllənin 178.3.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilib.

İstintaq dövründə vətəndaşlara dəymiş ziyanın tam məbləğdə ödətdirilməsi təmin olunub. Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar