Yuliya Timoşenko yenidən Ukrayna prezidentliyinə namizəd olacaq

Dərc olunub: 20/06/2018 - 18:14

2334c051-bd4a-4a2f-bf94-b66d181cd5c6_292“Ukraynada prezident postu uğrunda mübarizədə iştirak edəcəyəm”.

“Report” xəbər verir ki, bunu Ukrayna “Batkivşina” Partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenko “Facebook” səhifəsindəki canlı yayında bildirib.

O, prezident seçkisində qalib gələcəyinə əmin oldğunun vurğulayıb. Y.Timoşenko prezident seçkisinin sonuncu dövlət başçısı seçksi olacağını, gələcəkdə ukraynalıların kansler (baş nazir) seçəcəklərinə işarə edib.

Qeyd edək ki, Ukraynada prezident seçkisi 2019-cu ildə keçiriləcək.

Xatırladaq ki, Y.Timoşenko 2010-cü ildə keçirilən seçkilərdə də Ukrayna prezidentliyinə namizəd olub.








loading...


Fikrinizi bildirin