SOCAR Estoniyadakı ofisini bağlamaq niyyətindədir

SOCAR Estoniyadakı ofisini bağlamaq niyyətindədir.

Trend-in məlumatına görə, bu barədə Estoniyanın “Äripäev” qəzeti yazır.

Dövlət Neft Şirkəti xərclərin artdığını əsas göstərərək Estoniyadakı əməliyyatlarını dayandıracaq.

Ofis ötən ilin oktyabr ayında İT xidmətləri və əlaqədar fəaliyyətləri təmin etmək məqsədilə açılıb. Ofis rəhbərliyi neft bazarında çətinliklərin xərcləri daha da artdığını bildirib.

Xatırladaq ki, SOCAR ötən il Kanadanın Kalqari şəhərindəki ofisini bağlamışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar