Bu şəxslərin pensiyaları yenidən hesablanacaq

Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin, dövlət qulluqçularının, habelə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində əhatə olunan digər kateqoriyalardan olan şəxslərin (MM-in deputatları, MSK-nın üzvləri və b.) pensiyaları yaxın günlərdə yenidən hesablanmaqla ödənişi təmin olunacaq.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıbov "APA-Economics"in sorğusuna cavab olaraq deyib.

F.Talıbov bildirib ki, qeyd olunan şəxslərin əmək pensiyalarının artımı onların çalışdıqları sahələr üzrə əmək haqlarının artımı ilə bağlıdır. Onun sözlərinə görə, cari ilin 1 mart tarixindən, bəzi dövlət qurumlarında isə 1 may tarixindən etibarən müvafiq kateqoriyadan olan şəxslərin vəzifə maaşı növbəti dəfə artırılıb. F.Talıblı qeyd edib ki, bununla əlaqədar həmin şəxslərin pensiyalarının yenidən hesablanaraq artırılması üçün zəruri işlər görülüb və müvafiq qaydaların layihəsi razılaşdırılır.

“Bu işlər yaxın günlərdə yekunlaşacaq və onların əmək haqlarının artırıldığı gündən sonra keçən ayların artım məbləği toplam halda hesablarına köçürüləcək”, - deyə F.Talıbov bildirib.​

635x100

Şərhlər

Mixaylo 2018-06-20 18:25:23

Anadangəlmə ikinci dərəcəli əlil 55 azn təqaüd alır. Hazırda 30 yaşındadır. Heç yarım aylıq dərmanına çatmır. Siz də hey deputatların maaşını, təqaüdünü qaldırırsız. Allah gözünüzü doydursun.

Nadir 2018-06-20 18:25:23

Bismillahir-Rəhmanir-Rəhim. Hörmətli Fazil Talıbov! Mən Sizin yeni nazirə 4 dəfə müraciət etmişəm:1-ci müraciətim e-poçtla ( Sizin müraciətiniz qeydə alındı 23.04.2018. 14.05. ) , 2-ci müraciətim Sizin müraciətiniz qeydə alındı 10.05.2018 13-31 ,3-cu dəfə poçtla 01.06.2018,4-cu dəfə e-poçta 11.06.2018. tarixində olub. Çox təəssüflər olsun ki, cavab almamışam . Bu məktublarda yazılan noqsanları görməmək. Sizin məmurların imkan xaricində olmasını heç ağlıma da gətirməzdim. Hörmətli mətbuat katibi! ƏƏSMN-in qarşısında qaldırılan suallara 1,5 il(bunun 4 ayı yeni nazirin) vaxtında cavab verməmək , Azərərbaycan təqaütçilərinə olan bu cür alçaldıcı münasibət nə deməkdir?Bunların Dötlətimizin qanunlarına zidd olduğunu bilməmiş olmazsınız. Belə hallarda sual yaranır: niyə mənim sullarıma cavab vermirsiniz?

t.ədalət 2018-06-20 18:25:23

Dörd ay müddətinə pensiyaların artımınını hesablaya bilməmək nazirliyin yarıtmaz fəaliyyətindən irəli gəlir.

Pensiyaçı 2018-06-20 18:25:23

Pensiyaçılra qarşı ayrıseçkilik nə qədər davam eəcək? İşləyən pensiyaçıların pensiyalarının artırılması kimi qərarlar hansı hummanist qanuna uyğunsur? İşləyən pensiyaçılar həm maaş alır (öxü də yüksək ).həm də pensiyaları artıtrlırşBəs işləməyən pebnsiyaçılar insan deyil? Bu hansı demokratik ölkədə baş verər?Bir də ki,işləyən pensiyaçılar kimlərdir?

Müfəttiş 2018-06-20 18:25:23

Belə görünür ki, hökumətimiz Dövlət qulluğundan əməkli olan şəxslərdən əlini tam üzməyib, onlardan hələ gözləntiləri var. Adi pensiyaçilardan kəsdiyi pulların bir hissəsini, onların pensiyalarina yamamaq niyyətindədir....

Son yazılar