Qaradağda qəza - Bakıya giriş bağlandı

Bakıda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu ərazisində baş verib.

Bakı-Ələt Astara yolunun Qaradağ rayonu ərazisindən keçən hissəsində, Qaradağ postu yaxınlığında Ələt istiqamətindən Bakıya doğru hərəkət edən, " Qaradağsement" ASC-yə məxsus betonqarışdıran maşın idarəetməni itirərək aşıb.

Hadisə nəticəsində Ələt istiqamətindən Bakıya giriş bağlanıb.

Hadisə yerinə dövlət yol polisi əməkdaşları cəlb edilib, hazırda yolda avtomobillərin hərəkətinin təmin edilməsi istiqamətində tədbirlər görülür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar