DAHA BİR RAYONDA PAMBIQ SAHƏSİNDƏ ZƏHƏRLƏNMƏ - 24 nəfər xəstəxanaya aparıldı

Aralarında azyaşlılar da var

Yevlax rayonundakı pambıq sahələrindən birində növbəti kütləvi zəhərlənmə hadisəsi baş verib. "Report”un məlumatına görə, Hacımahmudlu kəndi ərazisində yerləşən pambıq sahəsində işləyən yerli və qonşu Murallı kəndinin sakinləri sahədə zəhərləniblər.

İlkin məlumatlara görə, 24 nəfər xəstəxanaya aparılıb. Onların kimyəvi maddədən zəhərləndiyi bildirilir. Onlardan 8 nəfəri valideynləri ilə birgə pambıq sahəsinə gedən uşaqlardır. Hazırda zərərçəkmiş şəxslərin hamısının vəziyyəti sabitdir və onlar həkim nəzarəti altındadırlar.

Zəhərlənənlər:

Ağakişiyeva Fərqanə (1992)

Ağakişiyev Natiq (1976)

Vahidova Rövşənə (1984)

Muradova Lalə (1986)

İsmayılova Ayşən (1985)

Məmmədova Rahidə (1973)

Əsgərova Lalə (1988)

Əliyeva Solmaz (1982)

Əliyev Xəyal (1987)

Tapdıqova Aynur (1987)

Abbasova Süsənbər (1959)

Hüseynova Sevinc (1965)

Nuriyev Füzuli (1989)

Abbasova Rəksanə

Qasımov Zəlimxan (2000)

Həziyev Rəşad (2001)

Allahverdiyev Amil (2005)

Sarıyev Ayxan (2002)

Hüseynli Ayxan (2004)

Vəliyev Hüseyn (2002)

Qasımov Samir (2003)

Hüseynli Munis (2003)

Əlizadə Ülvi (2001)

Ağakişiyeva Aysel (2004)

635x100

Şərhlər

Müfəttiş 2018-06-20 23:20:52

Bizdə vətəndaşın mənafyeini heç heç kim nəzərə almır, maddiyət insanlığı üstələyib.O tarix kitablarında oxuduğumuz, vəhşi kapital hərisliyi ölkədə tüğyan edir. Əslində zəhərlənmələrə səbəb olan, dozası artırılmış hansı preparat olduğunu çoxları bilir, amma deyə bilmirlər.Ölkədə vəziyyət elədir ki, pambıq ağacından yıxılana carə yoxdur...

hərbi pensiyaçı 2018-06-20 23:20:52

qonur un kisələrinin üstünə onu da əhali alıb yeyir. Nə vaxta qədər nəzarət edən orqanlar bu xalqı belə alçadacaqlar? Nə vaxta qədər onlar belə hallara göz yumaraq xalqın genofonduna qarşı törətdikləri cinayətlər cəzasız qalacaq? Nə vaxta qədər belə cinayətlərə qarşı yerli orqanlar (İN, bələdiyyələr, sahə müvəkkilləri və s. məmur ordusu)laqeyd olaraq "haqq" aıacaqlar.

hərbi pensiyaçı 2018-06-20 23:20:52

xalq özü köçüb gedəcək. K/t-da işlədilən kimyəvbi maddələrin alınması, saxlanması, satışı təmamilə nəzarətdən kənardadır. Təbii ki, bu sahəyə cavabdeh olan məmurların "qılıncının" altından keçmək şərti ilə. Sadə bir misal. Gəlin Cəlilabad rayonunun Göytəpə şəhərindəki, ticarət obyektlərini yoxlayın: k/t dərmanları un, kəpək, heyvan yemləri ilə bir yerdə saxlanılır və satılır. Mağaza işçisi pestisidi tərəzidə çəkir verir müştəriyə, sonrada həmin əlləri ilə un kisəsini götürüb qoyur maşına.Dərmanlar çəkiləndə

hərbi pensiyaçı 2018-06-20 23:20:52

Məmurlar külli miqdarda pul qazanmaq xatirinə Azərbaycan xalqına qarşı kütləvi qırğın silahları tətbiq edirlər. Azərbaycanı kimyəvi silahların poliqona çeviriblər.Elə gün olmur ki, belə bir xəbər eşitməyəsən: qidadan zəhərlənmə, dərmandan(aptek) zəhərlənmə və s.İndidə defolyantlardan zəhərlənmə. Amerika bu maddələri 1969-cu ildə vyetnamda işlədib. hələ indi də fəsadları davam edir. Əgər bu torpqaları boşaldıb ermənilərə vermək istəyirlərsə, qoy Azərbaycan xalqını qırmasınlar sadəcə elan etsinlər

miri 2018-06-20 23:20:52

Məmləkətdə gətirilən bu qədər zəhərə görə kimə isə "gözün üstə qaşın var" deyəndə yoxdur. İndi anındaca bu qədər insan zəhərlənirsə, illər sonra pambıq becərən və yığanların fiziki durumu necə olacaq? Bəlkə bu zəhərlənmələr "zəhərlənmə əməliyyatı"nin tərkib hissəsidir? Suallar çox, cavab verəndə yox! Allah çatsın köməyə. İnşəallah.

t.ədalət 2018-06-20 23:20:52

İnam müəllim xalqın inamını itirdi........

Vetendas 2018-06-20 23:20:52

Bu cur hadiseler bas verir. Kend teseruffati tarixinde hele bu cur ozbasnaliq olmamisdi.inam kerimov bura ASAN deyil nede ki kendliler senin ucun KONULLULER deyil. Kendlinin elinin qabarina baxanda adamin ureyi cat verir....

Agilli 2018-06-20 23:20:52

Hormetli Heyder Esedov hardasan? Niye oten iller erzinde bele hadiseler bas vermirdi? Inam Kerimov hele kadr deyisir basi kadr deyismeye qarisib millet qirilir. Niye Inam kerimov dovlet bascisinin siyasetine zidd gedir? Bu emelli texribatdi arada zavalli kendli ziyan cekir saglamligi ile cirlisir

EWDER 2018-06-20 23:20:52

ESAS INKIWAFDU,BIR DE NEZARET...YAVAWDAMAQ OLMAZ .WIROKO WAQAET AZEBIJAN

Son yazılar