Ukrayna ordusu Donbasda hücuma keçdi

Ukraynanın hərbi birləşmələri hazırda separatçıların nəzarətində olan Luqansk vilayətinə iki kilometrə qədər irəliləyib.Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Birləşmiş Qüvvələri Əməliyyat Qərargahı mətbuat mərkəzinin “Facebook” səhifəsində məlumat yayılıb.

Hərbi komandanlıq əməliyyatın separatçı yaraqlıların Jelobok kəndi yaxınlığındakı ordu mövqelərinə yaxınlaşmasından sonra həyata keçirildiyini açıqlayıb. Qərara alınıb ki, təhlükəsiz zolaq yaratmaq məqsədilə mövqelər daha irəli çəkilsin.

Əməliyyat iki həftə ərzində aparılsa da, mətbuatdan gizli saxlanılıb.

“Birinci eşelon briqadalarından birinin müdafiə sahəsində iki kilometrə qədər dərinlikdə təhlükəsiz zolağın yaradılması məqsədilə kompleks tədbirlər həyata keçirilib”, -deyə məlumatda qeyd olunur.

635x100

Şərhlər

Adil 2018-06-20 23:31:50

Mene çatmır ey memurun adı yaxın qohumuna gore niye mətbuatda hallanmalıdır? Bu nece yanaşmadı?

Son yazılar