DÇ 2018: İspaniyaya İranı məğlub etdi

Bu gün Rusiyada keçirilən dünya çempionatında 3-cü görüş keçirilir.Qol.az-ın məlumatına görə, bu gün A və B qruplarında ikinci tura yekun vurulacaq.

Hazırda İran və İspaniya yığmaları üz-üzə gəlir. Asiya təmsilçisi hazırda qrup lideri olsa da, görüşün aşkar favoriti İspaniya yığmasıdır.

A qrupunda isə Uruqvay millisi qrupun autsayderi hesab olunan, ilk turda Rusiyaya 0:5 hesabı ilə uduzan Səudiyyə Ərəbistanı yığmasını sınağa çəkib.

Cənubi Amerika təmsilçisi 1:0 hesabı ilə qalib gələrək Rusiya millisi ilə birgə son turun nəticəsindən asılı olmayaraq 1/8 finala adlayıb. A qrupunun birincisi B qrupunun ikincisi ilə, A qrupunun ikincisi B qrupunun birincisi ilə qarşılaşacaq.

* * * *

22:00. İran - İspaniya - 0:1 (İkinci hissə)

Qol: Dieqo Kosta 54'

Baş hakim: Andres Kunya

Kazan. “Kazan Arena”

Oyun 0:1 hesabı ilə başa çatıb.

635x100

Şərhlər

Mirzə AĞ 2018-06-21 00:37:13

Bu, sincanpilo yemək yarışı deyil ki, İran qalib gəlsin...

Son yazılar