«Ukrayna prezidenti postuna namizədliyimi irəli sürəcəm...» - Timoşenko

timosenko«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, «Batkivşina» partiyasının lideri Yuliya Timoşenko bəyan edib ki, 2019-cu ildə Ukraynada prezident seçkilərinə qatılacaq.

«Mən, Ukrayna prezidenti postuna namizədliyimi irəli sürəcəm. Ona görə qatılmayacam ki, hakimiyyətin monopolizmi və avtoritarizm oyunu oynayım... Mənim üçün prezident postu - Playstation (oyun əlavəsi - red.) deyil, real dəyişikliklərdir ki, ölkə çoxdan gözləyir» - deyə, Timoşenko çərşənbə günü «Feysbuk»da keçirilən videokonfransın gedişi zamanı bildirib.

Timoşenko, qələbə çalacağı təqdirdə, öz planlarından danışıb: «Əgər mən prezident seçkilərini udsam, o zaman referendum keçirəcəm və real ictimai müqavilə olaraq, hakimiyyətin demonopolizasiyasını həyata keçirmək üçün Ukraynanın yeni Konstitusiyasının qəbul olunmasını təklif edəcəm. Bir tərəfdən, strategiyaların reallaşması planında onu güclü etmək, digər tərəfdən isə ictimaiyyətin nəzarəti altında ola biləcək təşkilatlanmış və balanslaşdırılmış etmək üçün» - deyə, «Batkivşina» lideri izah edib.

O, əmindir ki, 2019-cu ilin payızına planlaşdırılmış parlament seçkilərini artıq yeni qanunlar əsasında keçirmək qaçılmaz olacaq.

«Hazırda yeni Konstitusiya konsepsiyasının yaradılması istiqamətində alimlərin və hüquqşünasların böyük qrupu işləyir. Sonra bu layihə referenduma ötürülməlidir. Yeni prezident ilk nöbədə, yeni Konstitusiyanı qəbul etməli və onu həyata keçirməlidir. Artıq yeni parlament seçkiləri yeni, güclü və dünyada ən yaxşı Konstitusiya əsasında keçirilməlidir» - deyə, Timoşenko bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar