KXDR 200 Amerika hərbçisinin qalığını ABŞ-a qaytarıb

ABŞ prezidenti Donald Tramp bildirib ki, KXDR çərşənbə günü Koreya müharibəsi zamanı həlak olmuş 200 Amerika hərbçisinin qalığını Birləşmiş Ştatlara təhvil verib.

“Report” TASS-a istinadən xəbər verir ki, dövlət başçısı bunu Minnesot ştatının Dulut şəhərində tərəfdarları qarşısında çıxışı zamanı deyib.

"Biz həlak olmuş böyük qəhrəmanlarımızın qalıqlarını geri qaytardıq. Bu gün iki yüz [hərbçinin qalığı] geri qaytarıldı", - deyə prezident qeyd edib.

"Reuters" yazır ki, həlak olanların tanınması prosesi aylar və hətta illərlə vaxt apara bilər.

Təqribən 7,7 min Amerika hərbçisi 1950-1953-cü illərdə baş vermiş Koreya müharibəsi dövründən itgin düşmüş hesab edilir. Pentaqonun məlumatına görə, KXDR rəsmiləri bundan əvvəl onlarda 200 Amerika hərbçisinin qalığının olduğunu məlumat veriblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar