Kim Çen In Trampa raket poliqonunu məhv edəcəyinə dair söz verib

KXDR lideri Kim Çen In ABŞ Prezidenti Donald Trampa Sohe raket mühərriklərinin sınağı üzrə poliqonu məhv edəcəyinə dair söz verib.

"Report" xəbər verir ki, bu barədə mənbələrinə istinadən "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, Kim Çen In belə vədi iyulun 12-də Sinqapurda Trampla keçirilən görüşün yekununda verib.

Mənbənin bildirdiyinə əsasən, Pxenyan Sohedəki poliqondan uzun məsafəli ballistik raketlər üçün mayeli mühərriklərin sınağını aparmaq məqsədi ilə istifadə edib.

Eyni zamanda, Pxenyan ictimai şəkildə poliqonlarını məhv etmək niyyətini təsdiqləməyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar