FAZİL MƏMMƏDOV HƏLƏ DƏ XƏSTƏXANADADIR - Dost bildikləri onu “satdılar”...

"Bu ilin aprelində Gəncə Beynəlxalq Klinikasına yerləşdirilən sabiq vergilər naziri Fazil Məmmədov bu gün də orada müalicəsini davam etdirir". Bu barədə musavat.com məlumat yayıb.

Məumatda bildirilir ki, sabiq vergilər naziri Fazil Məmmədov tənha qalıb. Bir neçə ay əvvələ qədər əmrinə müntəzir olan, onun sayəsində yüksək mənsəb sahibinə çevrilmiş bir çox məmur artıq sabiq nazirlə məsafə saxlamağa başlayıb. Hətta sabiq nazirin təqdimatı ilə Şəmkiriə icra başçısı olan Alimpaşa Məmmədov Gəncə ilə Şəmkir arasındakı 15-20 dəqiqəlik yolu qət edib Fazil Məmmədovu yoluxmaq əziyyətinə qatlaşmaq belə istəməyib. Onun kreslosunu qorumaq üçün belə bir addım atdığı bildirilir.

F.Məmmədovun təyin etdirdiyi sabiq və keçmiş icra başçıları da ona baş çəkməyib. Söhbətlər dolaşır ki, həmin icra başçılarını F.Məmmədov vəzifəyə təyin etdirsə də, onlar vəfasızlıq ediblər. Bunu dönüklük kimi qiymətləndirən də, kreslosunu qorumaq istəyi ilə əlaqələndirənlər var.

Onu da əlavə edək ki, 53 yaşı olan Fazil Məmmədovun hansı xəstəlikdən əziyyət çəkdiyi, müalicə kursunun nədən ibarət olduğu son zamanlara qədər sirr olaraq qalırdı. Mətbuatda yazılanlardan məlum olur ki, F.Məmmədovun səhhətindəki problemlər orqanizmindəki radioaktiv şüalarla bağlıdır. İddiaya görə, keçmiş nazir 1986-cı ildə baş verən Çernobıl qəzası zamanı hərbi mükəlləfiyyətli və gənc kadr kimi ora yardıma gedənlər arasında olub. Səhhətindəki problem də məhz o zamandan başlayıb. Çernobıla yardıma gedənlər və orada xəstəlik tapanlar keçmiş SSRİ ölkələrində qəhrəman kimi qəbul edilsələr və “müharibə veteranı” statusuna malik olsalar da, Fazil Məmmədovun bu statusdan heç zaman istifadə etmədiyi deyilir. Əksinə, vaxtilə etdiyi bu fədakarlığı, ümumiyyətlə, tərcümeyi-halında göstərməyib.

Saytın məlumatında o da  bildirilir ki, Alimpaşa Məmmədov bəlli dairələrə Fazil Məmmədova qarşı ifadə verməyə, necə deyərlər, onu “satmağa” hazır olduğunu deyib : "Bir şərtlə ki, ona toxunulmasın. Yaxın günlərdə Şəmkirin icra başçısının bu təklifinin nə qədər keçərli olub-olmadığı bilinəcək..."

635x100

Şərhlər

NURəddin 2018-06-21 11:43:57

MƏNİM HEÇ VECİMƏ DEYİL O XƏSTƏDİR YA DEYİL.ONU SATANLARIN DA HAMISINI ALQIŞLAYIRAM.ƏCƏB ELƏYİB SATIBLAR.VAXTINDA DÜZ İŞLƏYƏYDİ İNDİ DƏ SATLIĞA QOYULMAZDI.BİR DƏ Kİ,ƏŞŞİ BURAXIN BU İPİN UCUNU. NƏ OLUB CƏHƏNNƏMƏ KİMİ OLSUN.TƏKİ XALQIMIZA HEÇ NƏ OLMASIN.ƏSGƏRLƏRİMİZƏ, GÖZÜ YOL ÇƏKƏN AMALARIMIZA,QÜRBƏTDƏ QALANLARIMIZA,GÖZÜNÜ QƏPİYƏ-QURUŞA DİKƏNLƏRİMİZƏ HEÇ NƏ OLMASIN.YOXSA......DURUB KİMİN DƏRDİNİ ÇƏKİRLƏR. PULUM-MULUM YOXDU, AMMA CANIM SAĞDI. İNDİ SİZ DEYİN, KİM DAHA ÇOX XOŞBƏXTDİR.ALLAH DƏRDİ PULLUYA VERSİN!

Samir Mehe.medli 2018-06-21 11:43:57

Allah wefa versin hindi diyicellerki Efqanstandada olub.??

Ayzek 2018-06-21 11:43:57

TAMADA-TUMADALARI VƏZİFƏYƏ OTURDANDA AXIRI DA BELƏ OLMALIYDI.

SUAL 2018-06-21 11:43:57

SABİQ NAZİRİ SATANLARDAN BİRİ DƏ FAZİLİN HESABİNA BUTUN NƏSLİNƏ VƏ GƏDƏBƏYİN MƏRKƏZİNİ TİCARƏT OBYEKYLƏRİNƏ DONDƏRƏN FƏXRƏDDİN QƏMBƏROVUN ADİNİ NİYƏ CƏKƏN YOX YA?

zaur 2018-06-21 11:43:57

Alimpaşa kimi ..... ..həbs etmək lazımdır.

Vergi müfəttiş 2018-06-21 11:43:57

Bu 30 ildir qohumluq,Yerazlıq,qudalıq və rüşvət prinsipi ilə seçilib, təyin edilmiş insanlar;n şəxsiyyətlərini biruzə verən haldır. Şübhələnəcək bir hal yoxdur.Onun nəticəsidirki,ölkə əhalisinin vəziyyəti getdikcə çıxılmaz hala salınır.Bu təsadüfilər də milləti soymaqla,rüşvət yığmaqla,mənimsəmələrlə,büdcə talamaqla məşğul olduqlarından və onlara bu sahədə tam sərbəstlik verildiyindən vəziyyət getdikcə pisləşib.Fazil müəllim də onlardan biri olub.Ona görə özündən küssün.

G.M 2018-06-21 11:43:57

F.Məmmədov hal-hazırda Türkiyədə müalicə olunur.Ancaq səhhətində doğrudan da problem var.Ona sadiq qalmayanlara gəldikdə isə..onlar,yəni indiki məmurlar sürüsü heç öz valideyinlərinə də,Prezidentə də sadiq deyillər.

Son yazılar