“Sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək” - Hadı Rəcəbli

“Azərbaycanda bu gün sosial sığortaya cəlb olunmayan insanlar gələcəkdə əziyyət çəkəcək”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Hadı Rəcəbli deyib.

O qeyd edib ki, bu istiqamətdə maarifləndirmə işini gücləndirmək lazımdır: “Azərbaycanda 1,2 milyon qeyri-formal məşğul insan var. Bu o deməkdir 1.2 milyon insan sığortaya cəlb olunmur və gələcəkdə sığorta ilə pensiya ala bilməyəcək. Sahibkarlar nəyə görə gizlədirlər? Ona görə ki, sahibkarların vergi yükü çoxdur, 22 faiz işəgötürən ödəyir, 3 faiz işçi ödəyir, bizim fikrimiz belə oldu ki, burada bir düzəliş edək. Balanslaşdıraq, işə götürənin yükünü azaldaq. Sahibkar işçiləri sığortaya cəlb etsin, əks təqdirdə sığortalanmayan insanlar gələcəkdə əziyyət çəkəcək”.

635x100

Şərhlər

Bayram 2018-06-21 12:35:24

Görəsən bu deputatın ağzından xalqın xeyrinə bircə fikir söylənəcəkmi? H.Rəcəblinin məntiqi ilə işçinin maaşından 12.5% sosial sosial-suğorta vergisi tutulmalıdır, yəni demək olar ki gəlir vergisi qədər. Yəqin eşidib insanların banklarda pulları yığılıb, bu pulu insanların əlindən almaq üçün yeni ideyalar verir. Onu bilin ki banklarda yığılan pullar da məmurlara, siz deputatlara və 20% əhaliyə məxsusdur. Təklif edirəm ki pensiya yaşı 80-a yüksəldilsin. ALLAH nə günahımız var ki bizim belə deputatımız var. S.Müslümovdan qurtulduq, ALLAH Hadini də başımızdan eləlin. Amin...

Pensiyaşı 2018-06-21 12:35:24

Hadı əkə,insanların sosial sığortaya cəlb olunmamasında insanların,yoxsa elə Milli Məclisin və hökumətin qəbahəti var? Bu yazınla nə dediyini anlaya bilirsənmi? Sizin kimi "mütəxəssislərin" sayəsində insanlar,ən çox da əlil və ensiyaçılar illərdir əziyyət çəkir.Bəlkə çəkiləsiniz kənara, bəlkə bir düşünən,vəziyyəti anlayan adam gəlib çıxdı. Təsadüfi adam olduğun elə Şəkidə işlədiyin zaman bəlli idi.

keçici qırmızı bayraqlar 2018-06-21 12:35:24

Siz heç narahat olmayın Hadı müəllim. Birdən çaşıb gecələr yuxunuzu qarışdırıb edərsiniz. Onlar Sizin məsləhətinizlə soğan əkə-əkə divar hörəcəklər.

alı 2018-06-21 12:35:24

....Guya sıgorta olunanlar kef edir.Verdiyiniz pensiyanın məbləgi həbsdəki dustaq yeməyi üçün nəzərdə tutulan məbləgdən qat qat azdır.Tüpürüm sizin sıgortanıza da pensiyanıza da.Allah bəlanızı verər inşallah.

elcin 2018-06-21 12:35:24

cox deyerli teklifdir- sosial edaletin temin olunmasina siravi iscilerin gelecek heyatlarini qorumaqa xidmet edir

Son yazılar