"Universitetlərin sayı artırılmalıdır" - Baş nazirin müavini

"Azərbaycanda universitet səviyyəsində təhsilin əlçatanlığı artırılmalıdır, buna ciddi ehtiyac var".

"Report" xəbər verir ki, bunu Təhsil Nazirliyinin hesabat tədbirində baş nazirin müavini Əli Əhmədov deyib.

O bildirib ki, Azərbaycan əhalisinin 13 faizi tələbələrdir: "Bu göstərici dünya üzrə göstəricidən aşağıdır. Tələbə qəbulu ilə əlaqədar planlaşdırma bir az dəyişsə faydalı ola bilər. Universitetlərin sayı artırılmalıdır, amma bu o demək deyil ki, kəmiyyət artması keyfiyyətə təsir etsin".

Ə.Əhmədovun sözlərinə görə, təhsildə özəlləşdirmə prosesinin artırılması faydalıdır: "Düşünürəm ki, özəlləşmə prosesi artırılmalıdır. Universitetlərə sərbəstliyin verilməsi istiqamətində daha cəsarətli addımlar atılmalıdır".

635x100

Şərhlər

məmmədqulu 2018-06-21 12:53:31

Bıyyy qadan alım Siz də təhsil mafiyasının üzvüsünüz?? P.S. Əvvəlcə körpülərin sayını artırın, sonra univertsitetlərin.

Əli müəllimə 2018-06-21 12:53:31

Kütləvi diplom paylamağa son qoyulmalıdır.Ali məktəblərə Respubblikaya və əgər olarsa xarici ölkələrdən tələblərə uyğun sayda tələbə qəbul olunmalı,onlar təkmil təhsil almalı və tələbata uyğun olaraq iş yerləri ilə təmin edilməlidir. Belə olmasa Ali təhsilin hörməti,nüfuzu olmayacaq.Müxtəlif yollarla Ali təhsil diplomu alıb bazar-dükanlarda ,küçələrdə veyillənənlərin sayı azalar,Əhali özlərinə uyğun sahədə məşğul olarlar.150=300 balla universitetə qəbul təhsil möhtəkirlərə yardımdan başqa bir şey deyil.

miri 2018-06-21 12:53:31

Təhsillərini sayı artdıqca, iş yerləri sayı azalır.Universitet sayı artırmaq olsa olsa "təhsil biznesmenləri"nə sərf edər. Gənclər işsizlik əlindən Məmləkəti tərk edir, tərk etmək imkanı olmayanlar isə "bataqlığın dibə çəkmə" xüsusiyyətindən məhv olur. Çarə qılmaq istəyən, buna baxmalı, biznes marağını kənara qoymalıdır.

Son yazılar