DİN bir ailənin 3 üzvünün öldüyü qəza barədə məlumat yayıb

DİN Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyunun 20-də saat 9 radələrində Xəzər rayonunun Dübəndi qəsəbəsi ərazisində Bakı şəhər sakini İsmixan Əliyev idarə etdiyi “VAZ-2106” markalı avtomobili yolun kənarındakı elektrik dirəyinə vurub.

Nəticədə onun sərnişinlərindən - qızı Rəna və qardaşının arvadı Sona Əliyeva hadisə yerində ölüb, özü və digər sərnişini - arvadı Narıngül xəstəxanaya yerləşdirilib, İ.Əliyev orada ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar