"Cəmiyyətin təhsilə münasibəti dəyişməlidir"

"Hər şeydən əvvəl cəmiyyətin təhsilə münasibəti dəyişməlidir".

"Report" xəbər verir­ ki, bunu Baş nazirin mü­avini Əli Əhmədov Təhsil Nazi­rliyinin hesabat tədb­irində dey­ib.

Onun sözlərinə görə, dövlətin təhsilə diqqət və qayğısının artmasına ehtiyac var: "Ölkədə insan kapitalının rolunun artırılması təhsilin keyfiyyətinin yüksəldilməsindən kənarda dura bilməz".

Ə.Əhmədov bildirib ki, diaqnostik qiymətləndirilmə nəticəsində müəllimlərin maaşı artıb: "Maaşın artırılması müəllimlərin nüfuzunun artmasına təsir edir. Təhsilin cəmiyyət üçün dəyər kimi nüfuzunun artırılması vacibdir".

635x100

Şərhlər

müəllim 2018-06-21 13:04:24

Əli bəy,gec deyil? 30 ildir təhsili eksperimentlərlə bərbad etdikdən sonra yenə 30 il yeni eksperiment keçirib milləti bisavad edəcəksiniz? Sovet təhsilinin harası pis idi ki.onu bu vəziyyətə saldınız? Dərsliklərin uşaqların dərk etmə dərəcəsinə uyğunluğunu pozmaqla, lazımsız mürəkkəb terminlər,mövzular əlavə etməklə anlaşılmaz edib nəyə nail oldunuz? Uşaqlar nə üçün məktəbdən əlavə pullu məsləhətlərə getməlidir? Bəs məktəbin məsuluyyəti? Orta məktəbdən uşaqları rüşvətə alışdırmaq nə demək olduğunu dərk ed

Son yazılar