Zəhərlənən qadın: “Həkimlər dedi gedin evə, evdə yenə halım dəyişdi” - VIDEO

İmişlidəki pambıq sahələrində zəhərlənən 111 nəfərdən 99-u evə buraxılıb. “ARB TV”dən Virtualaz.org-a verilən məlumata görə, iki nəfər səhhəti pisləşdiyindən yenidən xəstəxanaya qayıdıb.

İmişli Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, hazırda 13 nəfər həkim nəzarəti altındadır.

Zəminə Babakişiyeva (zərərçəkən): “Getdim evə halım yenə dəyişdi, qayıtdım dala. Həkimlər yardım etdilər, sağalandan sonra dedilər gedin evə. Getdik evə yenə halım dəyişdi, çıxdım gəldim. Gecədən burdayam. Başımda ağrı var, mədəm də ağrayır”.

Fərahim Rəhimov (baş həkimin müavini): “Onların hər birisi mərkəzi rayon xəstəxanasına müraciət etmiş 111 nəfərdəndir. Dünən 99 nəfər evə buraxılmışdı. 13 nəfər qalıb, onlardan da 4-5 nəfəri bu günlərdə sağalan kimi evə yazılacaqlar. Xəstələrin vəziyyəti kafidir, ağır demək olmaz. Müalicələr davam etdirilir. Ola bilər ki, günün sonuna kimi bir qismi evə yazılsın”.

635x100

Şərhlər

EWDER 2018-06-21 13:20:21

ESAS INKIWAFDU....YAVAWDAMAQ OLMAZ

t.ədalət 2018-06-21 13:20:21

Bir neçə il qabaq yəhudilərin belə bir proqramı olduğunu oxumuşdum ki,guya,onlar dünya əhalisinin sayını, müsəlmanların qırılması hesabına azaltmağa çalışacaqlar.Deyirəm bəlkə , bu zəhərlənmə oyunu da elə onların proqramının bir hissəsidir?.Odur ki,xaricdən alınan dərmanların mütəxəssislər tərəfindən ciddi yoxlanılması vacibdir.Pambıqçılıq bizi qıracaqsa,onda onun inkişaf etdirilməsi kimə və nəyə lazımdır?

Son yazılar