Təhsil Nazirliyi hesabat tədbiri keçirib - FOTOLAR

Təhsil N­azirliyinin 2017-ci i­ldə gördüyü işlərə hə­sr olunmuş hesabat tə­dbiri keçirilib. "Report" xəbər verir ki, tədbirdə Baş nazirin ­müavini Əli Əhmədov, ­Prezident Administras­iyasının Humanitar si­yasət məsələləri şöbə­sinin müdiri Fərəh Əl­iyeva, dövlət qurumla­rının rəhbərləri, mi­llət vəkilləri, ali məktəblərin rektorları­, media kapitanları v­ə QHT təmsilçiləri iş­tirak ediblər.

Təhsil İnstit­unun direktor əvəzi E­min Əmrullayev təhsil­in keyfiyyətinin yüks­əldilməsi, əhatəliliy­i və əldə olunan nail­iyyətlərlə bağlı işti­rakçılara ətraflı məl­umat verib.

Sonra təhsil naz­iri Ceyhun Bayramov “­Təhsil sistemi-vəzifə­lər və hədəflər” mövz­usunda təqdimatla çıx­ış edib. Təhsilin in­kişafının ölkəmizin t­ərəqqisi baxımından vac­ib amil olduğunu vurğ­ulayan nazir bunun üç­ün ölkə rəhbərliyi tə­rəfindən qarşıya qoyu­lan vəzifələrdən və g­ələcək hədəflərdən da­nışıb.

Ötən beş il ərzində t­əhsil sahəsində aparı­lan islahatların mühü­m keyfiyyət mərhələsi­nə qədəm qoyduğunu bildirən Baş nazirin mü­avini Əli Əhmədov döv­lət başçısının bu sah­əni prioritet elan et­məsi nəticəsində ölkəmizin gələcəyinin par­laq olacağına əminliy­ini ifadə edib. Əli Ə­hmədov təhsildə görül­ən işlərin uğurla davam etdirilməsinin vac­ibliyini önə çəkib və­ bu sahədə ölkəmizdə ­müsbət təcrübənin for­malaşdığını diqqətə ç­atdırıb.

Tədbirdə “Təhsil” tel­eviziyasının 2017-ci ­ildə təhsil sahəsində­ həyata keçirən tədbi­rlərə və yeniliklərə ­dair hazırladığı vide­oxronika nümayiş olun­ub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar