Putinlə Blatterin gizli görüşü olub

Korrupsiyada ittiham edilərək, futboldan uzaqlaşdırılan Jozef Blatter də Rusiyada keçirilən Dünya Çempionatına gələnlər sırasındadır. "AzPolitika.info" xarici KİV-ə istinadla bildirir ki, Rusiyaya artıq futbol funksioneri yox, adi tamaşaçı qismində gələn Blatterin Vladimir Putinlə gizli görüşü keçirilib. Məsələ ondadır ki, Kreml bu görüşü mətbuatdan xəbərsiz keçirmək istəsə də, buna nail ola bilməyib.

Nəticədə prezidentin sözçüsü Dmitri Peskov görüş barədə jurnalistlərə rəsmi açıqlama verməyə məcbur olub. KİV-in Putinlə Blatterin görüşünə marağı ondan irəli gəlir ki, 82 yaşlı sabiq FİFA prezidenti artıq bütün titul və imtiyazlarından məhrum edilib və onun Rusiya prezidenti tərəfindən hansı rütbədə və niyə qəbul olunduğu məlum deyil. Elə Peskovun görüş barədə açıqlaması da bununla bağlı suallara aydınlıq gətirməyib. O, deyib ki, görüş özəl və şəxsi xarakter daşıdığı üçün onun detalları barədə hər hansı məlumat vermək fikri yoxdur. Və əlavə edib ki, Putinin bu tipli görüşləri tez-tez baş verir.

Xarici KİV isə bu görüşü təsadüfi saymır. Xüsusi olaraq vurğulanır ki, Rusiya Dünya Çempionatına ev sahibliyi hüququna məhz Blatterin FİFA prezidentliyi dövründə nail olub və bu işdə sabiq prezidentin özəl xidməti var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar