Paşinyanın məmur balaları və hərbi xidmətlə bağlı planı var

Erməni iş adamı Qagik Çarukyan Ermənistan İdman və Gənclər Nazirliyinə müraciət edərək, oğlu Nvera Çarukyanın adının hərbi xidmətdən möhlət alanlar siyahısından çıxarılmasını tələb edib. Bu barədə “Jamanak” qəzeti məlumat yayıb.

“Çarukyanın bu addımını nəcib hərəkət kimi təqdim etməyə çalışırlar. Lakin əslində mahiyyət tam fərqlidir. Belə ki, oğul Çarukyanın orduda xidmət öhdəliyindən azad edilməsindən sonra baş nazir Nikol Paşinyan İdman naziri Levon Vaqradyanı yanına çağırıb və ona bu vəzifənin öz himayədarlarının övladlarını qorumaq üçün verilmədiyini bildirib. Paşinyan oğlunun Qarabağda xidmət etmək istədiyini və buna görə də heç bir məmurun və oliqarxın oğlunun hərbi mükəlləfiyyətdən imtina etməsinə dözməyəcəyini deyib”, – deyə qəzet bildirib.

Qeyd edək ki, bundan öncə Paşinyan oğlunu Qarabağda hərbi xidmətə yollayacağını bəyan edib.

635x100

Şərhlər

Azad 2018-06-21 15:49:34

Düşmən ölkədən ibrət dərsi almaq müharibəni başlayıb ölkəni talayan məmurların uşaqlarını ön cəbhəyə basmaq lazımdır.

Bayram 2018-06-21 15:49:34

İndi söz sizindi ey böyük ranqlı məmurlar. Siz bunu etməsəniz əlbətdə kiçik məmurlara bu baradə irad bildirə bilməzsiniz. Vətən ancaq kasıblara məxsus deyil. Yeyib dağıdırsız axırdada oğlunuzu hərbi xidmətdən yayındırırsız. Oğlunuzun ali məktəb bitirdiyini bəyan edirsiniz, bəs hərbi xidmət necə olacaq. Rusların II dünya müharibəsi zamanı bir şüarı var idi "Ana vətən çağrır". Haydı nümunə göstərin ANA VƏTƏN ÇAĞIRIR.

Son yazılar