Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev iyunun 25-də saat 11:00-da Qax şəhərindəki Heydər Əliyev Mərkəzində (Nəriman Nərimanov küç. 4) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitədən “APA-Economics”ə verilən xəbərə görə, qəbul zamanı bölgədə yerləşən- Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 25-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Balakən Gömrük İdarəsi (əlaqə telefonu: (024) 295-18-39) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

635x100

Şərhlər

Alı 2018-06-21 17:01:46

Hütmətti Qaxlı qardəşdər.Siz ALLAHINIZgözünün altında, yaxud görünən yerində bi qaraltı görmədiniz ki?............

Son yazılar