Lavrovdan Qarabağ açıqlaması - "Münaqişənin həlli uzaqda olmayacaq"

“BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub”.

APA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov BMT baş katibi Antonio Quterreşlə birgə keçirdiyi mətbuat konfransında BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməməsi ilə bağlı suala cavabında deyib.

S. Lavrov bildirib ki, bu qətnamələr ərazidə atılan addımlar, o cümlədən Rusiya tərəfindən görülən işlərlə birlikdə qanlı hadisələri dayandırmağa və prosesi siyasi dialoq məcrasına daşımağa imkan verib: “Hər kəsin razılığı ilə Minsk qrupu yaradıldı və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi yolu ilə siyasi həllə nail olunmasına dair razılığa gəlindi. Biz hamımız hələ də bu işlə məşğuluq. Moskva digər həmsədr ölkələr olan Fransa və ABŞ ilə birlikdə rəsmi Bakı və Yerevanın tam razılığı ilə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üçün bunun üzərində işləyir. Bunun baş verməsi üçün münaqişə tərəfləri arasında konsensusun olması vacibdir və biz bu istiqamətdə irəliləyən kimi, əminəm ki, münaqişənin həlli çox da uzaqda olmayacaq".

635x100

Şərhlər

MAKSİMUS 2018-06-21 17:30:43

BU ERMƏNİ LAVROV MİNSK QRUPU ADINDAN BELƏ DANIŞANDA LAP HİRSLƏNİRƏM.ONUN DEDİYİNDƏN BELƏ MƏLUM OLUR Kİ,TORPAQLARIN İŞĞALDAN AZAD EDİLMƏSİ ÜÇÜN TƏRƏFLƏR ARASINDA KONSESNSUS OLMALIDIR VƏ ANCAQ BUNDAN SONRA MƏSƏLƏ,YƏNİ İŞĞALA SON QOYULA BİLƏR.BU LAVROVUN DEDİYİNDƏN BELƏ ÇIXIR Kİ,TƏRƏFLƏR ARASINDA KONSESNSUS OLMASA İŞĞALA SON QOYULMAYACAQ.GÜYA RUSİYA MİNSK QRUPUNUN ÜZVÜ OLARAQ MÜNAQİŞƏNİN HƏLLİNİ TEZLƏŞDİRMƏK ÜÇÜN İŞLƏR GÖRÜR.BÜTÜN BUNLAR ERMƏNİSTANI MÜDAFİƏ ETMƏK ÜÇÜN DEYİLƏN NAĞILDI.LAVROV BU HOQQABAZLIĞA SON

Abit 2018-06-21 17:30:43

Ermeni Qarabağdan danışır,get öz problemlerinizle olun.Bakıda jurnalist sene qeşey müraciet etmişdi.Sene heç kes selahiyyet vermeyib ki se Qarabağdan danışasan

Oqtay 2018-06-21 17:30:43

Bu erməniyə başa salmaq lazımdır ki TŞ verdiyi qərarların müddəti olmur onları yerinə yetirmək lazımdır yerinə yetirməyənləri isə qandırmaq lazımdır.Bu heç vaxt Azərbaycanın xeyrinə söz deməyəcək.Biz d

aysberq 2018-06-21 17:30:43

Cənab nazir, bu məsələ ilə bu qədər çox məşğul olmayın. Hərdən öz işlərinizlə də məşğul olun. Şeytanın barmaq məsələsini yadınızdan çıxarmayın. P.S. Bizdən narahat olmayın, hələ ki, "Lazım müəllim" gəlib çıxmayıb. Deyəsən yaxın yüz ildə heç gəlməyəcək. Ola bilər ki, nöyüt qurtarsın sonra gəlsin.

Son yazılar