"Qarşı tərəfdə qoşunların toplanmasını müşahidə edirik..." - Qondarma rejim yenə şüvən qaldırıb

"Biz bunu diqqəti daxili problemlərdən yayındırmaq üçün demirik. Aprel ayından başlayaraq bildiririk ki, təmas xəttinin qarşı tərəfində qoşunların toplanması və aktivlik müşahidə olunur."

Bunu Dağlıq Qarabağdakı qondarma rejimin sözçüsü David Babayan söyləyib.

Növbəti dəfə təxribat xarakterli bəyanatla çıxış edən qondarma rejim təmsilçisi erməni mətbuatına açıqlamasında bildirib ki, guya "DQR"-də heç bir daxili problem yoxdur və onları narahat edən yeganə məsələ Azərbaycan tərəfinin mümkün hərbi hücumudur.

"Bəzi şəxslər, həmçinin erməni adı ilə yazan Azərbaycan vətəndaşları bizim fikrimizi yayındırmaq istəyirlər. Biz isə deyirik ki, 2016-cı ilin aprelindən bu yana ilk dəfədir ki, qoşunların bu cür toplanmasını müşahidə edirik".

Separatçı rejimin sözçüsü ermənilərin Azərbaycan rəhbərliyinin bəyanatlarına diqqət yetirməli olduğunu xüsusi vurğulayıb. Jurnalistlərin suallarına cavab olaraq D.Babayan bildirib ki, qoşunların toplanması aprel döyüşlərinin təkrarlanmasını mümkün edir və Azərbaycan tərəfinin hücuma keçməsini istisna etmirlər.

AzPolitika.info

635x100

Şərhlər

pıs-pısa 2018-06-21 18:09:34

Sizə yanlış məlumat vermişlər hayes!! ... Sən dayılarından pul istə nöyütün qiyməti qalxıb.

Son yazılar