Zərdabda yol qəzası baş verib - 1 nəfər ölüb, 5 nəfər yaralanıb

Zərdab rayonunda ağır yol qəzası baş verib."Report"un Şirvan bürosunun məlumatına görə, hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Daewoo Nexia" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Daewoo Nexia"nın sürücüsü hadisə yerində ölüb, hər iki maşında olan 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır. Onlar xəstəxanalara yerləşdiriliblər.

Ölən şəxsin Ağdaş rayon sakini olduğu bildirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar