DÇ 2018:Argentina darmadağın oldu

DÇ-2018-in qrup mərhələsinin 2-ci turunda Argentina - Xorvatiya oyununa start verilib.Musavat.com-un FİFA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, matç Rusiyanın Nijni Novqorod şəhərində "Nijni Novqorod" stadionunda keçirilb.

Argentina - Xorvatiya qarşılaşmasını özbəkistanlı baş hakim Ravşan İrmatov idarə edib.

Oyunun 53-cü dəqiqəsində xorvatiyalı yarımmüdafiəçi Ante Rebiç qapıçı Vilfredo Kabalyeronun kobud səhvindən istifadə edərək hesabı açıb-0:1

80-ci dəqiqədə Luka Modriç Xorvatiyanın 2-ci qolunu vurub.

Oyunun sonuncu, 90-cı dəqiqəsində isə İvan Rakitiç Maradonanın həmyerlilərini 3-cü dəfə məyus edib-0:3

BU nəticə ilə Xorvatiya 1/8 mərhələyə vəsiqə qazanıb. Argentina üçün isə bundan sonra möcüzə lazımdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar